Oqtay Şirəliyev vətəndaşları qəbul etdi, tapşırıqlar verdi (FOTO)

img

10-06-2016 [16:07]


Bu gün səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul zamanı nazir tərəfindən İsmayıllı, Şamaxı, Qobustan və Qəbələ rayonlarında yaşayan 17 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA