10-06-2016 [16:04]
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev yeni qurumun gördüyü işlər barədə Azərtac-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
-Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasından əsas məqsəd nədir?
-Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.
-Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində artıq hansı işlər görülüb?
-Agentliyin yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanılıb. İlk növbədə Agentliyin daxili strukturu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalaşdırılması həyata keçirilib. Eyni zamanda, aidiyyəti dövlət qurumu tərəfindən inzibati binanın ayrılması prosesi tam başa çatanacan, Agentliyin Səbail rayonu, M.Ə.Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləşdirilməsi təmin edilib. Bununla yanaşı, Agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalaşdırılmasına və işinin təşkil olunmasına başlanılıb.
-Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni, vətəndaşlar üçün əlyetərli mənzillərin tikintisi sahəsində işlərə başlanılıbmı?
-Bəli, bu işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq.
-Tikiləcək mənzillərin hansı sosial qruplar tərəfindən əldə olunması nəzərdə tutulur və onlar üçün bu mənzillərin əlyetərliliyi necə təmin ediləcək?
-Son illərdə ölkənin yüksək iqtisadi artım templəri tikinti sektorunun inkişafına güclü təkan verib. Ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binaların tikintisi həyata keçirilib, bu da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfəsini verib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq. Eyni zamanda, bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texniki və iqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq.
-Agentlik tərəfindən sosial mənzillərin tikintisi sahəsində dünya praktikası öyrənilirmi?
-Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. Biz Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsini öyrənirik. Cari ilin may ayının ortalarında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edərək, bu ölkənin sosial mənzillərin tikintisi sahəsində artıq 1984-cü ildən fəaliyyət göstərən Kollektiv Mənzillər İdarəsinin (TOKİ – Toplu Konut İdarəsi) rəhbəri və təşkilatın idarə heyətinin üzvləri ilə görüşlər keçirmiş, bu istiqamətdə reallaşdırdığı layihələrlə və əldə etdiyi nailiyyətlərlə tanış olmuşuq. Bununla yanaşı, səfər çərçivəsində Orta Şərq Texniki Universitetinin Şəhərsalma və Memarlıq üzrə Tədqiqat Mərkəzində sosial mənzillərin tikintisi sahəsində elmi tədqiqatlarla məşğul olan professorlarla da görüşlər keçirilib. Əminik ki, dünya praktikasının öyrənilməsi Agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradacaq. Onu da deyim ki, görülən işlər barədə ictimaiyyətə müntəzəm surətdə məlumat veriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi