10-06-2016 [15:15]
"Aya Sofya" məscidi ətrafında Türkiyə və xristian dünyası arasında qalmaqal böyüyür. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün əvvəl Ramazan ayında Aya Sofya məscidində hər gün Quranın oxunacağını bəyan etməsi sərt reaksiyalara səbəb olub.
Məsələyə sonuncu reaksiya ABŞ Dövlət Departamentindən gəlib.
Dövlət Departamentinin mətbuat katibi Mark Toner Türkiyəni İstanbulda Müqəddəs Sofya kilsəsinə hörmət etməyə çağırıb və kilsənin məscidə çevrilməsi ilə bağlı Türkiyə hökumətinin qərarına etirazını bildirib.
"Birləşmiş Ştatlar Müqəddəs Sofya kilsəsini xüsusi əhəmiyyəti olan abidə kimi tanıyır. Biz Türkiyə hökumətini Müqəddəs Sofyanı kilsə kimi saxlamağa çağırırıq”, - Mark Toner deyib.
Daha əvvəl isə Yunanıstanın Xarici İşlər Nazirliyi Aya Sofyada Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarını pisləyib. Nazirlik ümumdünya mədəni irsə daxil olan abidədə müsəlman mərasimlərinin icrasını "anlaşılmayan, hörmətsizlik və reallıqla əlaqəsi olmayan” adlandırıb.
"Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, - rəsmi Afina bildirib.
Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Afinanın bəyanatını qəbuledilməz adlandırıb.
"Paytaxtında illərdir ki, məscidin inşasına icazə verməyən, Qərbi Trakyadakı türk azlığının dini hüquqlarına davamlı müdaxilə edən Yunanıstanı ağıllı davranmağa dəvət edirik”, - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.
Yunanıstanın Mədəniyyət naziri Panos Panayotopulos isə bildirib ki, Türkiyə hökumətinin xristian kilsəsi olan Aya Sofyanı məscidə çevirməklə bağlı istənilən cəhdi ciddi nəticələrə səbəb olacaq və Türkiyəni bütün xristian dünyasına qarşı qoyacaq.
Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib.
Publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi