Döyüldüyü iddia olunan müəllim də danışdı: "Xəbərdarlıq elədim, amma eşitmədi"

img

10-06-2016 [12:45]


Binəqədi rayonundakı Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbdə şagirdini döyməkdə ittiham olunan müəllim Akif Səmədov məsələyə aydınlıq gətirib.

AzNews.az-a açıqlama verən A.Səmədov Qubadlı rayon Təhsil Şöbəsi və Binəqədi Rayon Polis Şöbəsində izahat verib: "Hadisə olub, valideyn də gəlib məktəbdə səs-küy yaradıb. Həmin şagirdə mən dərs deyirəm, 8-ci sinif şagirdidir. Dərsdə səs elədi və gedişiatı pozdu. Xəbərdarlıq elədim, amma eşitmədi. Məsələ də bundan sonra oldu”.

A.Səmədov həmin məktəbdə direktor müavini işləmədiyini bildirib: "Akifə müəllimə direktor təyin olunanda ərizə yazıb müavinlikdən çıxmışam. 7 ildir ki, mən fizika fənni üzrə dərs deyirəm. Xahişim budur ki, belə məsələlərdə bir az diqqətli olsunlar”.

Xatırladaq ki, mətbuatda Akif Səmədovun yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi, bu səbəbdən də valideynlər tərəfindən döyüldüyüylə bağlı məlumat yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA