10-06-2016 [12:21]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Sahil Əhmədov deyib ki, öncə "Bakı Taksi" şirkətində, sonra isə Avropa Oyunlarında Dəstək Xidmətində menecer işləyib: "Təqsirləndirilənlərdən yalnız sürücünü tanıyıram. Biz avtobusları Almaniyanın Man şirkətindən almışdıq. Həmin gələn avtobuslar Qaradağda "Man" şirkətinin nümayəndəliyində texniki baxışdan keçirilirdi. Bundan başqa Rusiyanın "Man" zavodunun baş mexaniki öz əməkdaşları ilə gəlib maşınları yoxladılar. Sonradan "Man"ın Türkiyədəki zavodundan 2 mexanik çağırdıq, hər birinin saatına 75 avro pul ödədik. Onlar da "Man Azərbaycan"ın 4 mexaniki ilə bütün avtobusları yoxladılar. Hamısı texniki baxışdan keçdi və saz vəziyyətdə idi. Təəssüf ki, sürücülərimiz bu avtobusları idarə edə bilmirdilər, səriştələri yox idi. Bəziləri heç avtobusu "xod"laya bilmirdi.
Bu avtobuslar "Qazel" deyildi, "Qaz 53" deyildi, "Paz" deyildi, amma bu hadisə Azərbaycana "paz" oldu. Bu işə cəlb olunan 800 sürücü ilə bir-bir danışa bilməzdik, amma ümumi olaraq hamısına təlim keçirilib. Bizim deponun rəisi yunan idi, qaydaları da onlar qoyurdular. Qəzadan sonra Ədliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə 4 ekspertin nəzarəti altında həmin avtobusu test etdik. Şəxsən özüm idarə etdim və heç bir nasazlıq yox idi. Qəzaya düşən avtobus 3 gün öncə Azərbaycana gətirilmişdi. Maşınlar hər gün axşam qaraja qoyulmadan öncə də texniki baxışdan keçirilirdi. O maşınların bir xüsusiyyəti var ki, qaz ilə motor arasında beyin yerləşir, məsafə də 12 metrdir. Qaza basanda beyin sürəti motora ötürür, bu da 3-4 saniyə çəkir. Buna görə də qaza basan kimi maşın yerindən tərpənmir. Mənim fikrimcə, bu sürücü qaza basıb, görüb avtobus getmir, təkrar 5-6 dəfə basıb. Avtobus yerindən tərpənəndən sonra da beyin bütün basılan sürətləri motora ötürüb. Amma sürücü tormoza basmayıb. O avtobusların tormoz sistemi əla işləyirdi, əgər tormoza bassaydı, yerindəcə dayanırdı. O avtobuslarda əl əyləci olmayıb. Qəza sürücünün səriştəsizliyi üzündən baş verib".
Prosesdə "Bakı Şərnişin Nəqliyyat" MMC-nin 2012-ci ilə qədər rəisi, ondan sonra da rəis müavini işləyən Davud Əfəndizadə ifadə verib. Deyib ki, oyunlar zamanı o özü şəhər nəqliyyatının təşkili ilə məşğul olub, sürücülərin siyahısından məlumatı olmayıb.
Hakim bildirib ki, proses zamanı dindirilən şahidlərin hər biri iyunun 11-dən sonra vəzifəsindən çıxarılıb: "Hamısı da deyir ki, öz ərizəmlə çıxmışam. Siz də bu qəzanın oduna yanmısız?".
D.Əfəndizadə isə hadisədən öncə də vəzifədən çıxmaq istədiyini deyib.
Məhkəmədə Avstriya səfirliyinin məktubu elan olunub. Qeyd olunub ki, zərərçəkən qızların valideynləri məhkəmə prosesində iştirak etmək istəmirlər.
Məhkəmədə şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb və sübutların tədqiqi mərhələsi başlayıb.
Nəqliyyat Naziri Ziya Məmmədovum Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundova məktubu elan olunub. Z.Məmmədov məktubda qeyd edib ki, XDMX-nin qeyd etdiyi 286 nəfər istisna olmaqla, digər sürücülərlə hazırlıqlara başlanılıb.
Məhkəmə istintaqı yekunlaşıb. Proses iyunun 17-də davam etdiriləcək(Qafqazinfo).
Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi