10-06-2016 [10:04]
Vergi ödəyicilərinin risk meyarları üzrə qiymətləndirilməsi və vahid mərkəzdən idarə edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yeni «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinin tətbiqinə başlanılıb.
Mia.az Vergilər Nazirliyinə istinadən xəbr verir ki, "Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsi təmin edir. Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir.
Bununla da, vergidən yayınan hər bir vergi ödəyicinin vergi nəzarəti tədbirlərindən kənarda qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaqdır.
"Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkar edilmiş risk üzrə, hər şeydən əvvəl, onun dürüstlüyü qiymətləndirilməklə, mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra, aşkar edilmiş vergidənyayınma halının növünə uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirindən biri seçilir və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyat prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. "Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkarlanmış elə risklər mövcud ola bilər ki, vergidənyayınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zərurəti yaransın. Bu halda səyyar vergi yoxlamasının təyin edilməsi məqsədəmüvafiq hesab olunur.
Bundan başqa, həmin alət vasitəsilə hər hansı bir vergi ödəyicisinin dövriyyəsinin biznes ölçüsü və yerləşdiyi məkan nəzərə alınmaqla analoji fəaliyyətlə məşğul olan ödəyici ilə müqayisədə kəskin fərqləndiyi aşkar edilərsə, həmin tip vergidənyayınma halları ilə əlaqədar xronometraj metodu ilə müşahidələr aparıla bilər.
Vergi nəzarəti tədbirlərinin təyin edilməsi "Risklərin idarə edilməsi” aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcəkdir. Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır.
"Risklərin idarə edilməsi” aləti vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq, təyin ediləcək vergi yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi