10-06-2016 [09:44]
996-cı ilin sentyabrında Milli Məclisin sədri postundan könüllü olaraq istefa verərək, Azərbaycanı tərk edən və daha sonra barəsində cinayət işi açıldığından 20 ildir ölkəyə qayıdışı əngəllənən eks-spiker Rəsul Quliyevlə bağlı mühüm qərar verilib.
"Musavat”ın yaydığı məlumata görə, 1998-ci ildən barəsində axtarış elan olunan R.Quliyevin adı iyunun 9-dan etibarən, İnterpolun həm baş, həm də Baki ofisinin rəsmi web-səhifələrindən çıxarılıb.
Eks-spiker Rəsul Quliyevlə bağlı verilmiş bu qərarı bir müddət əvvəl keçmiş deputat Rza İbadovla bağlı baş verən proseslə müqayisə edən sayt, İnterpolun addımını həm də "Rəsul Quliyevin ölkəyə dönüşü üçün siyasi hakimiyyətin razılığı kimi" qiymətləndirib.
Xatırladaq ki, Rəsul Quliyev mərhum prezident Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasında və o hakimiyyətin möhkəmlənməsində müstəsna rolu olan simalardan sayılıb. Ancaq 1996-cı ildə naməlum səbəblərdən aralarında yaranmış narazılıq bir-biriylə çox yaxın olan bu iki şəxsin yollarının qəfil ayrılmasına gətirib çıxarıb və eks-spiker o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan istefa verərək, "müalicə olunmaq" adıyla ABŞ-a gedib.
1997-ci ildə "Demokratiyaya doğru yol" adlı kitabıyla Rəsul Quliyev Heydər Əliyev hakimiyyətinə qarşı sərt müxalifətçilik mövqeyinə keçdiyini bəyan edib, 1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub. Elə həmin vaxt da Bakıda ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.
2005-ci ilin parlament seçkiləri ərəfəsində – 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.
Son 10 il ərzində də dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib. İndi – son günlər Azərbaycan hakimiyyətinin Qərblə təmaslarının ilıqlaşması, siyasi məhbus sayılan bir çox insanın həbsdən azad edilməsi və Dağlıq Qarabağla bağlı danışıqların kritik mərhələyə keçməsi fonunda Rəsul Quliyevin adının da İnterpolun axtarış siyahısından çıxarılması, həqiqətən, siyasi dairələrdə ciddi rezonans doğurub və çoxsaylı müzakirələrə rəvac verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi