"Dağlıq Qarabağda həm narkotiklərin becərilməsi və tranziti üçün istifadə olunur, həm də terrorçu təzkilatlar hazırlanır"

img

09-04-2010 [02:19]


Azərbaycan Əfqanıstan-İran-Dağlıq Qarabağ narkotik tranziti marşrutunun BMT-nin siyahısına salınmasına çalışır. Bunu Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının sədri Əli Həsənov bildirib. Komitə sədri onu da deyib ki, Əfqanıstandan narkotikin Azərbaycana üç marşrut üzrə daxil olur. Onun sözlərinə görə, bunlardan birincisi Əfqanıstan-İran-Azərbaycan, ikincisi Əfqanıstan-Pakistan-İran-Azərbaycan, üçüncüsü isə Əfqanıstan- Orta Asiya-Türkmənistan-Azərbaycan marşrutudur: ?BMT-nin rəsmi sənədlərinə düşməmiş dördüncü marşrut isə Əfqanıstan-İran-Dağlıq Qarabağ xəttidir və biz çalışırıq ki, bu marşrut BMT-nin rəsmi sənədlərinə düşsün. Bu marşrut BMT-nin hesablamalarından kənarda qalır. Həmin narkotik maddələr oradan həm Avropa, həm də MDB ölkələrinə daşınır?. Ə.Həsənov onu da qeyd edib ki, ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağda həm narkotiklərin becərilməsi və tranziti üçün istifadə olunur, həm də terrorçu təşkilatlar hazırlanır. Komitə sədrinin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni müxtəlif səviyyələrdə dəfələrlə qaldırıb: ?Təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələnin həllində aciz qalıb. Çox gülünc vəziyyət yaranıb ki, ermənilər Qarabağda monitorinq aparma mandatı olan beynəlxalq qurumları həmin ərazilərə buraxmırlar. Onu da qeyd edim ki, Azərbaycanda narkotik problemi digər ölkələrlə müqayisədə faciəvi həddə deyil. Ancaq buna baxmayaraq, arxayınlaşmaq da lazım deyil?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA