09-06-2016 [21:37]
Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko ilə görüşüb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko, Dünya Bankının iqtisadçısı Moritz Meyer, Dövlət sektoru üzrə aparıcı mütəxəssisi Amitahba Muxerci və Baş əməliyyatlar üzrə məsləhətçisi Səidə Bağırlının iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycada uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Komitə sədri dayanıqlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın xüsusi əhəmiyyətini vurğulayıb. Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, eyni zamanda beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko səmimi görüşə görə məmnunluğunu ifadə edib. O, Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında həyata keçirilən əməkdaşlıq barədə danışan Qreqori Kisunko əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Qeyd olunub ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "2017-2030-cu illər üçün Statistikanın İnkişafına dair Milli Strategiya, o cümlədən 2017-2022-ci illər üçün İnstitutlaşdırma, İnsan və İKT Potensialının İnkişaf Etdirilməsi üzrə Hərtərəfli Plan” ilə əlaqədar sənədlər paketi Dünya Bankına təqdim edilib.
Ötən dövr ərzində bu layihə sənədləri ilə bağlı Dünya Bankının Bakı və Vaşinqtondakı ofisləri ilə bir sıra müzakirələr aparılıb və layihənin ilkin versiyası hazırlanıb.
Görüşdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi, qarşıda duran məsələlərin və planlaşdırılan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi