Prezident İlham Əliyev universitetlə bağlı sərəncam verdi - Nazirlərə tapşırıq

img

09-06-2016 [19:25]


Azərbaycan Prezidenti İlham Əliyev "Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda deyilir:

"1. UFAZ layihəsinə cəlb edilən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.

2. Müəyyən edilsin ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri:

2.1. tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər;

2.2. maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etsin;

3.2. UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA