Eynulla Fətullayevin narkotik ittihamı ilə bağlı məhkəməsi bazlayır

img

09-04-2010 [01:59]


Aprelin 9-da həbsdə olan jurnalist Eynulla Fətullayevin işi ilə bağlı Qaradağ rayon məhkəməsində hazırlıq iclası keçiriləcək. Prosesə hakim İsmayıl Xəlilov sədrlik edir. ?Gündəlik Azərbaycan? və ?Realnı Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib. 2009-cu il dekabrında isə saxlandığı 12 saylı cəzaçəkmə yerində Eynulla Fətullayevin üstündən narkotik maddə olan heroin tapılıb. Bundan sonra ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. Bu günkü məhkəmə prosesində bu ittiham araşdırılacaq. Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin həbsini qanunsuz sayır, Azərbaycan hökumətindən onu azadlığa buraxmağı tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA