Artur Rəsizadə qərar verdi: Bu qurumlar birləşdirildi - Siyahı

img

09-06-2016 [17:06]


"Respublika Xatirə Kitabı” Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

Mia.az-xəbər verir ki, baş nazir Artur Rasizadə bununla bağlı müvafiq qərar imzalayıb. 

Qərarda qeyd edilib ki, "Respublika Xatirə Kitabı” Redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin. Eyni zamanda "Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm” köməkçi bölməsinin müvafiq paraqrafında AMEA üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin. Maliyyə Nazirliyinə 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı” Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA