Vasif Talıbov fərman verdi: Təhsillə bağlı dəyişiklik oldu

img

09-06-2016 [16:57]


Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsil müəssisələrinə dair səlahiyyətləri müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” fərman imzalayıb.

Əsasnaməyə edilən əlavələrə əsasən, Naxçıvan Təhsil Nazirliyi ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edəcək və əlaqələndirəcək, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edəcək. Eyni zamanda ilk peşə-ixtisas təhsil müəssisələrinə olan tələbatı müəyyənləşdirəcək, onların yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər hazırlayacaq, müvafiq peşə üzrə təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq edəcək, ilk peşə-ixtisas təhsili müəssisələrinin istehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görəcək, tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və şagirdlərin təhlükəsizliyini təmin edən tədbirlərin (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət edəcək.

Naxçıvan Təhsil Nazirliyi tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə də nəzarət edəcək.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA