Avropa Gənclər Forumunun Təhsil üzrə izçi qrupu Bakıdadır

img

09-04-2010 [01:50]


Bu gün Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Avropa Gənclər Forumunun Təhsil üzrə işçi qrupunu qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazir müavini qonaqları salamladıqdan sonra Gənclər və İdman Nazirliyinin fəaliyyəti, əsas istiqamətləri haqda məlumat verib. İntiqam Babayev son 1 ildə ölkəmizdə 170-ə yaxın tədbirin keçirildiyini, onlardan 32-nin beynəlxalq olduğunu diqqətə çatdırıb. İntiqam Babayev: ?2009-cu il və 2010-cu ilin ilk 4 ayı ərzində gənclər təşkilatlarının 110-a yaxın layihəsini maliyyələşdirmişik ki, bu da 1 mln 300-min avro məbləğinə bərabərdir.? Təhsilin ölkəmiz üçün önəmini xüsusi olaraq qeyd edən nazir müavini, ölkə başçısı cənab president İlham Əliyev tərəfindən ?2007-2015-ci illərdə Xaricdə Təhsil üzrə Dövlət Proqramı? nın imzalanmasından və bu proqram çərçivəsində 5000 gəncin dünyanın ən nüfüzlu universitetlərində təhsil almaq imkanlarının yaradımasından qonaqlara bəhs edib. Öz növbəsində qonaqlar ölkəmizdə onlar üçün yaradılan yüksək şəraitə görə təşəkkür edib, gənclər sahəsində görülən işləri çox yüksək qiymətləndirib, gələcək əməkdaşlığın artırılması arzusunu bildirdilər. Onlar Avropa Birliyi gənclər siyasəti sahəsində Şərq əməkdaşlığı proqramını həyata keçirmək istədiklərini də qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA