"Bunu təqdim etməyin nə mənası var?!" - Kamran Əliyevdən gizli radar xəbərinə reaksiya

img

09-06-2016 [13:05]


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində gizli radarların quraşdırlması ilə bağlı KİV-də yayılan məlumat və fotolara münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev "Report"a deyib ki, həmin fotolar 6 il əvvəl yayılan fotolardır: "Hazırda bu tip radarlardan istifadə olunmur. Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur. Çünkü həmin ərazilərdə radarların mövcüd olduğunu bildirən nişanlar quraşdırılmalıdır. Bu gün KİV-də yayılan fotolar 6 il bundan öncə yayılmışdı. Yəni, bu fotolar yeni fotolar deyil. Bu fotolar 2010-cu il 19 avqust tarixində bəzi saytlarda yayımlanıb. Ola bilər ki, kimsə sensasiya axtarır və bunun üçün fotoları yenidən gündəmə gətirib. 6 il bundan əvvəl yayılan fotoları yeni fotolar kimi ictimaiyyətə təqdim etməyin nə mənası var?!".

K.Əliyev vurğulayıb ki, Azərbaycanda YPX avtomobilləri İ-patrul sistemi ilə təchiz olunandan sonra belə radarların quraşdırılmasına ehtiyac yoxdur: "Qanunda da var ki, yaşayış məntəqələrində 50-200 metr məsafədə qadarların olduğunu bildirən informasiya lövhələri quraşdırılır. Yaşayış məntəqələrindən kənarda isə radarların olduğunu bildirən informasiya lövhələri 150-300 metrə qədər məsafədə quraşdırılmalıdır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA