09-06-2016 [12:12]
"Rus təcavüzkarlığına qarşı NATO Baltikyanı ölkələrə "Patriot” raketdən müdaifə sistemi yerləşdirərək, hava gücünü artırmalıdır”.
Estoniya Silahlı Qüvvələrinin komandanı general-leytenant Riho Terras İngiltərə qəzeti "Financial Times”-a açıqlamasında belə deyib.
Generalın fikrincə, Baltik ölkələrinin hava müdafiə sistemləri gözlənilən Rusiya hücumu qarşısında xeyli zəifdir.
Qeyd edək ki, bundan əvvəl də NATO yetkililəri Rusiyanın Baltik ölkələrinə hücum edəcəyi təqdirdə regionu, uzağı, 2 günə ələ keçirəcəyini və alyansın bu müddət ərzində hücuma mane ola bilməyəcəyini açıqlamışdılar. Aylarla davam edən müzakirələrdən sonra NATO qüvvələrinə aid birliklərin Baltik ölkələrində yerləşdirilməsi qərara alınmışdı. Fəqət əsasən ABŞ və İngiltərə hərbçilərindən təşəkkül tapması planlaşdırılan bu gücün regionu müdaifə etməyə yetməyəcəyi yenə NATO yetkililəri tərəfindən etiraf olunmuşdu.
ABŞ-ın Avropa Quru Qüvvələri komandanı Ben Hodges də bunu etiraf edənlərdən biridir. O, bir neçə gün öncə ziyarətə getdiyi Estoniyada Baltik ölkələrinə göndəriləcək qüvvələrin simvolik xarakter daşıdığını bildirmiş, NATO-nu realist olmağa çağırmışdı. Generalın fikrincə, Rusiya yalnız yumruğa hörmət göstərir, buna görə də regiona daha güclü hərbi qüvvələr göndərilməlidir.
Ben Hodgesin həmin açıqlamasından sonra Estoniyanın ən yetkili hərbçilərdən sayılan general-leytenant Riho Terrasın NATO-dan "Patriot” müdafiə sistemləri istəməsi məsələnin tədricən rəsmiləşdirilməsi və alyansın müttəfiq "harayına” tələsməsi üçün zəmin hazırlayır. Ən azı, ilk baxışda… Rusiya isə Baltik ölkələrini öz "qırmızı cizgi”sinə daxil olduğunu dəfələrlə bəyan etmiş, xüsusilə də Estoniyaya daha çox əhəmiyyət verdiyini açıqlamışdı. Nədən ki, bu ölkə coğrafiya baxımından Rusiyanın strateji nöqtələrinə ən yaxın ərazidə yerləşir.
Əslində Estoniyanın NATO-dan tələb etdiyi "Patriot” raketləri də rus hücumunun qarşısını alacaq gücdə deyil. Bir müddət əvvəl Türkiyəyə yerləşdirilən bu raket sistemləri Rusiyadan gələcəyi gözlənilən hücum ehtimalları artınca, müttəfiqlərin özləri tərəfindən tez-tələsik qardaş ölkədən çıxarıldı.Ekspertlər "Patriotlar”ın ən çox lazım olduğu anda Türkiyədən çıxarılmasını bu silahların müdafiə gücünün yetərsizliyi ilə əsaslandırmışdılar. Odur ki, Estoniyaya "Patriot”ların gətirilməsi qarşı tərəfi qıcıqlandırmaqdan başqa heç bir işə yaramaya bilər. Bu baxımdan eston generalın çağırışına NATO-nun müsbət cavab verməsi ehtimal olunmur.
NATO Estaniyadansa, Polşa və Rumıniyada SM-2 raketdənmüdafiə batareyaları qurmağa üstünlük verir. Bu batareyalar Rusiyadan Orta və Qərbi Avropaya atılacaq ballistik raketləri zərərsizləşdirməyi nəzərdə tutur. İlk bu cür raket sistemi bir ay bundan öncə Rumıniyanın Deveselu qəsəbəsində yerləşən Aegis hərbi bazasında aktiv hala gətirildi. Polşada isə növbəti 2 il ərzində bənzər hərbi sistemin qurulması planlaşdırılır.
Moskva NATO-nun bu təşəbbüsünə də kəskin qarşı çıxır, müdafiə sisteminin asanlıqla hücum sisteminə çevrilə biləcəyini bildirirək, əslində özünün hədəfə alındığına inanır. İki hərbi güc arasında gərginliyin davam etdiyi bir ərəfədə Estoniyadan səslənən növbəti antirus bəyanatlar, böyük ehtimalla, Moskvanın əsəblərini tarıma çəkmək, bezdirici təhdidlərlə onu güzəştə getməyə hazırlamaq, əks təqdirdə çevrə dövlətləri ilə münasibətlərini daha da korlayaraq, ətrafından tamamilə təcrid etmək məqsədi daşıyır. Beləcə, həm də rus ictimai rəyi daim xof altında tutulur və daxili gərginlik yaradılır. Bu isə bir müddətdən sonra Rusiyanı bütün dünya ilə düşmən edən Kremlə qarşı ümumxalq qəzəbinə çevrilə bilər.
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi