08-06-2016 [13:55]
Professor, İqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri Bədirxan Musayevin Azərbaycan preizdenti İlham Əliyevə və müxtəlif dövlət qurumlarının rəhbərlərinə bu yaxınlarda etdiyi müraciətə cavablar gəlib.
Bu barədə Mia.az-a B.Musayevin özü məlumat verib.
Onun sözlərinə görə, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyevin vaxtı ilə ona qarşı qanunsuz əməllərindən, universitetdəki korrupsiya və rüşvətxorluqla bağlı ölkə rəhbərliynə etdiyi şikayətə cavab verilib:
"Bir neçə gün əvvəl müraciətimə Prezident Administrasiyasından, Prokurorluqdan, Ali Məhkəmədən cavablar gəlib. Məsələn, Baş Prokurorluq mənə yazıb ki, müraciətim baxılmaq üçün Milli Məclisə göndərilib.
Maraqlı burasıdır ki, Ali Məhkəmə də cavab verir ki, "müraciətiniz baxılması üçün Baş Prokurorluğa göndərilib". Hələ də anlaya bilmirəm ki, bu qurumlar niyə şikayətləri bir-birinin üzərinə atırlar ki?!
Ən əvvəl onu da qeyd edim ki, mənnim əsas müraciətim Ulu Öndər Heydər Əliyevin məzarına edilmişdi. Hesab edirəm ki, bu şikayətimə birbaşa ölkə prezidenti, hörmətli İlham Əliyevin şəxsi nəzarətiylə baxılmalı idi. Ancaq yuxarıda qeyd etdiyim kimi, dövlət qurumları müraciətimi yuxarıdan aşağıya doğru bir-birinin üzərinə yönləndirməklə, sanki Şəmsəddin Hacıyevin yanında gözükölgəli olduqlarını təsdiqləyirlər.
Yenə də bütün bunlara rəğmən, ümid edirəm ki, Mili Məclis, Baş Prokurorluq və ya Ali Məhkəmə bu dəfə vəzifələrinə sadiq qalaraq, müraciətimi obyektiv araşdıracaq və Şəmsəddin Hacıyevi layiq olduğu şəkildə cəzalandıracaqlar.
Hərçənd, təkrar edirəm, buna inanmağım da möcüzədir. Ən azı ona görə ki, mən Milli Məclisin rəhbərliyinə də inanmıram. Çünki Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin Ali Məhkəmənin sədr müavini olan qardaşı Hikmət Mirzəyev Şəmsəddin Hacıyevlə çox yaxın dostdur. Hətta mən rektorun müşaviri olan zaman Şəmsəddin Hacıyev dekan Telman Babayevlə məhkəmə çəkişməsini məhz Hikmət Mirzəyevin dəstəyi, hakimlərə qanunsuz təsiri və rüşvətin gücüylə uddu. O, məhz Hikmət Mirzəyevin dəstəyi ilə mənim də məhkəmə orqanlarında qanuni haqlarımı bərpa etməyimə, rüşvət, korrupsuya, universitetin əmlaklarının talanması və digər faktlarla bağlı iddialarıma obyektiv baxılmasına imkan vermədi. Hacıyev demək olar hakimlər korpusunu satın alaraq, istədiyi qanunsuz qərarları çıxartdırır".
Professor deyir kİ, bu barədə də ötən müraciətlərində ölkə rəhbərliyinə detallı müraciət edib:
"Ona görə budəfəki müraciətlərimə də obyektiv baxılacağına inamım azdır. Odur ki, buradan bəyan edirəm, əgər bu dəfə də şikayətlərimə hüquqi qiymət verilməzsə, Hacıyev haqq etdiyi cəzanı almaza, yaşımın bu çağında cəmiyyəti silkələyəcək hərəkətə imza atacam. Qoy bütün dünya görsün ki, bir ovuc rüşvətxor məmurlar Azərbaycanda haqqı necə satın alırlar...".
Xatırladaq ki, Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, kafedra müdiri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev YAP-ın Səbail təşkilatına sədrlik edən sabiq rektor, deputat Ş.Hacıyevin onu əsassız, saxta əmrlər, şantajla vəzifələrindən azad etdiyini bildirir.

Professor Musayev onu da bildirib ki, son 5 ildə Prezident İlham Əliyevə və məmurlara Şəmsəddin Hacıyevin ona qarşı əməlləri və yol verdiyi qanunsuzluqlar haqda 340-350 dəfə müraciət edib:
"Məmurların hər birinə 100 səhifədən çox Ş.Hacıyevin əməllərinin araşdırılması haqda inkar olunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalıları tərəfindən Sizə 6 dəfə müraciət olunubdur. 150 dəfədən çox cari mətbuatda Ş.Hacıyevin barəsində tədbir görülməsinə çağırış edən faktoloji məqaləm çap olunub.
Hörmətli Prezident! Ş.Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat qazanmışdır. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-i yayındırılıb....
Eyni zamanda, Dərbənd şəhərində universitet vəsaiti hesabına öz adına 0,5 hektar torpaq sahəsini sənədləşdirmiş və 3 dəfə universitetə satmışdır. Universitetdə qeyri-qanuni "İqtisadçı 2005”, "Turan 2009” şirkətləri yaratmış, universitetin kooperativ binasının böyük hissəsini özəlləşdirmiş, Quba rayonunun Nügədi kəndində olan istirahət bağını xarabazarlığa çevirmişdir”.
Priofessor daha sonra universitetin baş mühəndisi Şahmurad Qədim oğlu Hüseynovun ölüm faktını, keçmiş dekan Kamil Qafarovun oğlunun qaynını öldürmə səbəbi, Muhasibat fakültəsinin keçmiş dekanı Telman Babayevin başına açılan oyunlar, Şəmsəddin Hacıyevin "Ticarət” kafedrasının əməkdaşı M.Ağamalıyevin üzünə arvadını niyə durdurub, ailəsini dağıtmasını, şəxsən özünü kimin vasitəsiylə öldürülməyə təhrik edilməsini, canını və qanını H. Əliyev yolunda qurban verməyə hazır olan Həsən Allahverdiyevi YAP Universitet şöbəsindən min hiylə ilə azad edib, dissertasiyası və avtoreferatında H.Əliyevi təhqir edən Zəfər Bayramovu onun yerinə gətirməsini, Professor Abrik Hüseynovun ölümünü, Professor Akif Musayevin kafedra müdirliyindən azad edib, universitetdən qovdurmasının, Əlixan Əliyev kimi birinin arxasında niyə gizlənməsi kimi olduqca sensasion iddia və faktlar açıqlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi