ilham Əliyev: ?Azərbaycan torpaqlarında bir dəfə erməni dövləti yaradılıb, bu ikinci dəfə olmayacaq?

img

09-04-2010 [10:35]


Estoniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 7-də Tallin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib. Çıxışında bir çox məsələyə toxunan, iki ölkə arasındakı münasibətlərin əhəmiyyətindən bəhs edən, habelə Azərbaycanın iqtisadi inkişafından danışan prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı son məlumatları da diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz: ?Azərbaycanın ərazi bütövlüyünün pozulmasına son qoyulmalıdır. Dağlıq Qarabağın müstəqil olması heç müzakirə predmeti belə deyildir. Vasitəçilərin təkliflərində həmin müstəqilliyin verilməsi mexanizmi yoxdur?. Ermənilərin öz müqəddəratlarını təyinetmə prinsipinə istinad etdiklərini deyən prezident bildirib ki, onlar Ermənistanı quraraq bunu müəyyən ediblər: ?Ermənilər bir çox hallarda öz müqəddəratını təyinetmə prinsipinə istinad edirlər. Bu, əlbəttə ki, beynəlxalq hüququn mühüm prinsipidir. Lakin ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar müstəqil Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə getsək, belə çıxır ki, ermənilər yaşadıqları istənilən yerdə öz müqəddəratını təyin edəcəklər?! Onda neçə erməni dövləti yaranacaq?!? Prezident İlham Əliyev, dünyanın bir çox yerində, xüsusilə də münaqişənin həllinə vasitəçi olan Minsk qrupunun həmsədr ölkələrində yaşayan ermənilərin burda da öz müqəddəratlarını təyinetmək fikrinə düşəcəyi təqdirdə nələr baş verəcəyinə diqqəti cəlb edib: ?Çünki onlar bir çox yerlərdə yaşayırlar və xüsusən də, münaqişənin həllinə görə məsuliyyət daşıyan Minsk qrupunun həmsədr ölkələrində də yaşayırlar. Onlar Amerika, Fransa və Rusiyada yaşayırlar. Əgər onlar həmin yerlərdə öz müqəddəratını təyin etmək fikrinə gəlsələr, onda nələr baş verər? Həmin ölkələrin reaksiyası necə olar?? Ermənilərin artıq öz müqəddəratlarını təyin etdiklərini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu məqsədlə qurulan Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb: ?Ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki, bu dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu hamıya aydındır. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul edib ki, İrəvan şəhəri paytaxt məqsədi ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi?. Azərbaycan prezidenti tarixi Azərbaycan torpaqlarında bir dəfə erməni dövləti yaradıldığını, buna ikinci dəfə izn verilməyəcəyini deyib: ?Tarixə gəldikdə, bu belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər erməni dövləti yaradıla bilməz. Azərbaycan bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt baş verməyəcək?. Prezident İlham Əliyev regionun inkişafı üçün ermənilərin bunu nə qədər tez başa düşsələr, o qədər faydalı olacağını qeyd edib. İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadirdir: ?Erməni tərəfi bunu nə qədər tez başa düşərsə, bu, həm onlar və həm də bizim üçün bir o qədər yaxşı olar. Beləliklə, məsələ tezliklə həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz. Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaqdır. Çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA