Prezident ilham Əliyevin Estoniyaya dövlət səfəri baza çatıb

img

08-04-2010 [07:47]


Azərbaycan prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri başa çatıb. Bu gün Tallinndə, Kadriorqdakı Prezident sarayında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi yolasalma mərasimi keçirilib.Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Estoniya prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Daha sonar hərbi orkestrin ifasında Azərbaycan və Estoniyanın dövlət himnləri səslənib, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın dövlət və hökumət nümayəndələri ilə vidalaşıblar. Tallinnin Lennart Meri adına beynəlxalq hava limanından Bakıya yola düşən Prezident İlham Əliyev bu gün vətənə qayıdıb.[libt align=left]2010/prezid.jpg[/libt]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA