08-06-2016 [10:29]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.
Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib.
Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Elə həmin gün Müdafiə naziri cəbhəboyu zonada yeni istifadəyə verilən səhra hospitalının açılışını da həyata keçirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla tam təchiz olunub.
Hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə görüşərək şəxsi heyətə daha keyfiyyətli tibbi xidmətin gostərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.




















Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi