Deputat mandatdan imtina etdi, Vasif Talıbov sərəncam verdi - Naxçıvanda seçki

img

07-06-2016 [23:55]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib. 

Xatırladaq ki, 1 noyabr 2016-cı ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA