Nazirlə icra başçıları arasında ziddiyyət yaranıb? - İddia

img

07-06-2016 [22:13]


Kənd təsərrüfatı naziri Heydər Əsədovla icra başçıları arasında ziddiyyətlər baş qaldırıb.

Bu barədə "Azadlıq” qəzeti məlumat yayıb. Qəzet yazır ki, ziddiyyətlərin səbəbi rayon və şəhərlərdə yeni yaradılan kənd təsərrüfatı idarələrinin rəhbərliyinə təyinatlarla bağlıdır.

Bildirilir ki, icra başçıları kifayət qədər gəlirli yer olan bu idarələri nəzarətlərində saxlamaq istəyirlər. Bunun üçün də rəhbərliyə öz kadrlarının təyin olunmasına çalışırlar. Heydər Əsədov isə təbii olaraq buna qarşı çıxır. Beləliklə, də adıçəkilən qurumlara təyinat uğrunda nazirlə icra başçıları arasında mübarizə gedir. Heydər Əsədov nazir olsa da, icra başçıları ayrı-ayrı oliqarxlara bağlıdır. Heç şübhəsiz həmin oliqarxlar bu mübarizədə icra başçılarına dəstək verirlər. Ona görə də Heydər Əsədovun işi çətindir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA