07-06-2016 [20:58]
"Ermənistan Azərbaycan ərazilərini güc yolu ilə işğal edib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.
İlham Əliyev bildirib: "Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir".
Prezident İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Xocalıda hərbi cinayət, soyqırım törədib və hazırda Xocalı faciəsi 10 ölkə tərəfindən soyqırım kimi tanınıb. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər öldürülüb və bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın digər yeddi rayonunu işğal edib, Azərbaycanın tarixi abidələrini, məscidlərini dağıdıb. İşğalçı beynəlxalq vasitəçilərin münaqişəni sülh yolu ilə nizamlanması çağırışlarına məhəl qoymur.
Dövlət başçısının sözlərinə görə, sonsuz danışıqları uzatmaq üçün Ermənistan tərəfi, məsələn, aprelin əvvəlində olduğu kimi danışıqlar prosesini pozmaq məqsədilə bəzən təxribatlar törədir: "Lakin bu dəfə Ermənistan tərəfi nəticələrlə bağlı yanıldı, Azərbaycan Ordusunun əks-hücumü nəticəsində Azərbaycan öz torpaqlarının bir hissəsini geri qaytara bildi".
Azərbaycan Prezidenti bildirib ki, Ermənistan hökuməti beynəlxalq hüquq normalarına riayət etməlidir, digər ölkələrin qanunsuz işğalı tamamilə qəbuledilməzdir. Dövlət başçısı, həmçinin qeyd edib ki, Ermənistan işğalı dayandırmağa başlamalıdır, bundan sonra bütün əlaqələr açılacaq, nəqliyyat əlaqəsi bərpa ediləcək, həmçinin istənilən hərbi ssenari ehtimalı aradan qalxacaq.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir: "Biz hərbi əməliyyatları dayandırdıq, çünki müharibə istəmirik, bizə sülh lazımdır. Azərbaycan ərazilərini geri qaytarmaq istəyir".
Trend.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi