07-06-2016 [17:43]
Bu gün Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçim turu keçirilib.
Mia.az xəbər verir ki, seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ləman Muradova, "Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın sədr müavini Gülnar Xanlarova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri İlqar Quliyev və fəal tələbələr iştirak etmişdir.
İlk öncə qonaqları salamlayan Universitetin Tələbə - Gənclər Təşkilatının sədri İlqar Quliyev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.
Sonda çıxış edən "Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın sədr müavini Gülnar Xanlarova bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.
Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası"nın növbəti seçmə turuna start verilmişdir. "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin üzvü Kənan Dadaşzadə tərəfindən bilik olimpiadanın qaydalarını tələbələrin diqqətinə çatdırdıqdan sonra onlara sual vərəqələri paylanmışdır. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Azərbaycan Turizm və Menecment Universiteti artıq sonuncu-doqquzuncu təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu "Bakı Avrasiya” Universitetində, dördüncü seçmə turu Bakı Sosial Pedaqoji Kollecində, beşinci seçmə turu "Təfəkkür” Universitetində, altıncı seçmə turu "Odlar Yurdu"
Universitetində, yeddinci seçmə turu Azərbaycan Dövlət İqtisad Universitetində, səkkizinci seçmə turu isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. "Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi