Ali məktəblərə qəbul üçün ?ödəmə kartları? aprelin 9-dan verilməyə bazlayacaq

img

08-04-2010 [06:47]


Ali təhsil müəssisələrinə ərizə qəbulu üçün ?ödəmə kartları? aprelin 9-dan verilməyə başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə ərizə qəbulu üçün ?ödəmə kartları?nı TQDK-nın ?Abituriyent? satış köşkündən, bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək mümkündür. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, ?Visa/Visa Electron? və ya ?Mastercard/Maestro? plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA