07-06-2016 [16:59]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.
Mia.az xəbər verir ki, UNEC-də keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil.
Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: "UNEC-də elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirməyi qərara aldıq. Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq.
İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin, deyən rektor bildirib ki, bunu nəzərə alaraq, UNEC-də Diskurs.az – virtual iqtisadi forumu və "UNEC ekspert” jurnalı yaradılıb. Bu resurslar müəllimlərimizə elmi tədqiqatlarının nəticələrini ictimaiyyətlə bölüşmək imkanı verir".
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətin elm və təhsilə qayğısından söz açan akademik, prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib: "Bu qərar elm və təhsildə kadr hazırlığına böyük zəmin yaradacaq, təhsildə fasiləsizliyi təmin edəcək. Tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcəyini ümid edirik”.
AMEA-nın prezidenti Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək.
"Elm və təhsilin vəhdəti yeni tələblərə uyğun istiqamətdə yaradılmalıdır", deyən akademik, burada innovasiyanın da vacib faktor olduğunu bildirib.
AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundova "İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” mövzusunda danışıb: "O ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm və təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq”.
Nəzəriyyə ilə təcrübənin bir-birindən uzaq düşdüyünü vurğulayan N.Axundova bu proseslərdə elmi tədqiqatların vacibliyini qeyd edib. Bildirib ki, elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.
UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov "Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyllər” mövzusunda məruzə ilə çıxış edib. Professor elmi fəaliyyəti gücləndirmək, alimləri beynəlxalq aləmdə tanıtdırmaq məqsədi ilə, dünya təcrübəsini rəhbər tutaraq, ölkədə Elmi İstinad İnstitutunun təsis olunmasının vacibliyini vurğulayıb.
Z.Məmmədov, eyni zamanda, professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə dərs yükünün azaldılmasını və bakalavr pilləsində "Elmi tədqiqatın əsasları” fənninin tədris olunmasını, tədrisə isə AMEA-nın professorlarının cəlb olunmasını təklif edib. Professor həmçinin, UNEC nəzdində Bakı Ali Bank Məktəbinin açılması fikrini də irəli sürüb.
Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq.
Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi