07-06-2016 [16:09]
Dünya azərbaycanlılarının IV Qrultayında iştirak edən məşhur milyarder, "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov AzNews.az-ın suallarını cavablandırıb.
Müsahibəsində çox maraqlı məqamlara toxunan milyarder Azərbaycanın xarici ölkələrdəki bəzi səfirlərinin diaspor fəaliyyətinə mane olduğunu, həvətənlərimizin işilərinə problem yaratdıqlarını bildirib.
- Vaqif müəllim, bəllidir ki, diasporumuz istədiyimiz kimi güclü deyil. Dövlət bu sahəyə kifayət qədər diqqət ayırsa da, sizi kimi nüfuzlu iş adamlarımız, ziayalılarımız olsa da bu sahədə problemlər qalmaqda davam edir. Bunun səbəbi kimi bəzən xaricdəki azərbaycanlıların Vətənə az bağlı olmasıyla izah edirlər. Siz necə düşünürsüz? Rusuyadakı həmvətənlərimiz ölkəmizə nə dərəcədə bağlıdır?
- Mən ilk növbədə onu deyim ki, ümummilli lider Heydər Əliyev 2001-ci ildə Moskvaya səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə birlikdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) açılışını etdi. O zaman Azərbaycanın Rusiyadakı əksər diaspor nümayəndələri bir yerə yığıldı və ÜAK-ın açılışı təntənəli şəkildə həyata keçdi. Ulu öndər bu sahəyə xüsusi önəm verirdi və bu səbəbdən də önəmli addımlar atdı. O, bizə həmişə tövsiyə edirdi ki, tarixi vətənimizə bağlı olaq, Azərbaycana tez-tez gəlib gedək, ana yurdumuzu unutmayaq. Təbii ki, biz qərib ölkədə yaşamağımıza baxmayaraq, vətənimizin, xalqımızın qayğısına qalmalıyıq.
- Rusiya-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz və diaspor, bu əlaqələrin inkişafına töhfə verə bilərmi?
- Bu gün Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və bu, daha da yüksələn xətt üzrə inkişaf edir. Bununla yanaşı, Rusiya və Azərbaycan Prezidentlərinin arasında da səmimi dostluq münasibətləri var. Bəziləri bunun əhəmiyyətini o qədər də anlamır. Amma bu çox önəmlidir. Prezident İlham Əliyev hər dəfə Rusiyaya səfər edərkən cənab Putinlə görüşməsi bizim üçün çox müsbət vəziyyət yaradır. Bu bizə əlavə stimul verir. Biz daha da ruhlanırıq və iki dövlət arasında olan münasibətlərin inkişafı üçün səylərimizi artırırıq.
- Dünya Azərbaycanlılarının IV Qurultayının önəmini nədə görürsünüz? Sizcə Qurultay diaspor sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına töhfə verəcəkmi?
- Bu tədbir çox önəmli oldu. Xaricdə yaşayan azərbaycanlıların bir yerə yığılması adi iş deyil. Burada yığışmaq, görülən işlərlə bağlı hesabat xarakterli məruzələr etmək, eyni zamanda problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların hansı yollarla doldurulmasını araşdırmaq zəruri məsələdir. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən biz, bir-birimizlə tanış olur, əlaqələr yaradırıq. Burada yaranan əlaqələr bəzən önəmli tədbirlərə imza atılmasına vasitə olur. Bizdən sonra gənclər gəlir. Gənclərə öz tövsiyyələrimizi, məsləhətlərimizi verməliyik. Cənab Prezident də Qurultayın açılış mərasimində vurğuladı ki, erməni diasporu əksər ölkələrdə güclüdür. Onlar çalışırlar ki, bir olsunlar, hər yerdə bir-birlərinə dəstək versinlər. Biz də çalışmalıyıq ki, onlardan daha güclü olaq, birliyimiz daha möhkəm olsun.
- Qurultayın açılış mərasimində Prezident bildirdi ki, diasporla səfirlik arasında sıx əlaqə olmalıdır. Hazırda Rusiyada diasporumuzla Azərbaycan səfirliyi arasında əlaqələri qaneedici hesab etmək olarmı?
- Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti həm də həmin ölkələrin vətəndaşlarıdır. Təbii ki, xaricdə yaşayan azərbaycanlılarla, Azərbaycan diasporu ilə səfirliyin əlaqələri sıx olmalıdır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə sıx əlaqələrimiz var. Amma bəzən elə diplomatlar olur ki, onların fəaliyyəti əks effekt verir. Elələrinin fəaliyyəti birliyimzə tövhə vemrir, əksinə maneçilik yaradır, parçalanmaya xidmət edir. Elə insanların olmasındansa olmamağı yaxşıdır.
- Prezidentin daha bir tövsiyəsi də xaricdə yaşayan iş adamları ilə bağlı idi. Bildirdi ki, onların Azərbaycana yatırım etməsi daha yaxşı olar. Eyni zamanda siz də iş adamısınız. Prezidentin həmin mesajından sonra bu barədə nə düşünürsünüz?
- Cənab Prezidentin tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır. Prezident Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların arxasında olduğunu, bizi unutmadığını, Azərbaycanın hər birimizin vətəni olduğunu qeyd etdi.
Əlbəttə, bu gün çox sevinirik ki, ölkəmiz inkişaf edir. İqtisadi potensial sürətlə artır. Əlbəttə, biz də istəyərik ki, öz vətənimizdə də nəsə edək, hansısa biznes quraq, ölkə iqtisadiyyatına öz tövhəmizi verək. Bu gün iş adamlarının burada biznes qurması üçün hər cür imkanlar yaradılıb. Bəzi çətinliklər aradan qaldırılıb. Təbii ki, düzgün işləməklə, qanuna riayət etməklə normal qaydada fəaliyyət göstərə bilərsən. Bir daha deyirəm ki, çalışacağıq ki, burada nəsə edək. Onu da nəzərinizə çadırım ki, cənab Prezidentin Qurultayda çıxışı, məsləhətləri mənə çox xoş təsir bağışladı. Biz çalışacağıq ki, onun tövsiyələrinə, məsləhətlərinə riayət edək. Ümummilli lider Heydər Əliyev də həmişə deyirdi ki, harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız: "Elə edin ki yaşadığınız ölkənin xalqına hörmətiniz olsun, onların qayda-qanunlarına riayət edin, öz ana dilinizi, vətəninizi, adət-ənənənizi, dininizi yadınızdan çıxarmayın. Özünüzdən sonrakı nəsillərə də bunu aşılayın...”.
Qeyd: Vaqif Məmişov 1962-ci ildə Masallı rayonunda anadan olsa da, o, əslən gürcüstan Respublikasının Ağbulaq rayonundandır. Atası Masallıda təyinatla müəlllim işlədiyi illərdə o, anadan olub.
Vaqif Məmişov 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının huquq fakultəsini bitirib.
Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir.
1996-cı ildə "Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və "Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunub.
Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi