07-06-2016 [14:58]
Goranboy rayonunun Azad kəndində yaşayan Qafarova (Məmmədova) Lətifə Ələddin qızı "AzPolitika.info” saytına şikayət ərizəsi ilə müraciət edib.
O, şikayətində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin anası və bacısının yaşadığı evi ələ keçirmək istədiyini bildirir. Lətifə Qafarova yazır:
"Hörmətli Redaksiya, mənim ata evim Daşkəsən şəhəri Nizami küçəsi, ev 6 ünvanında yerləşir. Həmin evdə anam Məmmədova Ağca Niftalı qızı və bacım Məmmədova Şahnaz Ələddin qızı yaşayır. Mənim adım Qafarova (Məmmədova) Lətifə Ələddin qızıdır. Goranboy rayonunun Azad kəndində yaşayıram. Biz kasıb insanlarıq. Atama məxsus, Daşkəsən şəhərinin mərkəzində 10 sot torpaq üzərində 2 otaqlı evimiz var. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin gözü bizim evə və torpağa düşüb, müxtəlif üsullarla, zor gücünə əlimizdən alıb özünə 3-4 mərtəbəli villa tikdirmək istəyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Baş Prokuror Zakir Qaralovdan, Daxili İşlər naiziri Ramil Usubovdan sizin qəzet vasitəsi ilə xahiş edirik ki, evimizin əlimizdən alınmaması üçün bizə köməklik etsinlər”.
Qeyd edək ki, Lətifə Qafarova bacısı ilə birlikdə ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə yazdıqları məktubun surətini də redaksiyamıza göndərib. Həmin məktubda bildirilir ki, anaları Ağca Məmmədova dəfələrlə Daşkəsən rayon İcra Hakimiyyətinə çağırılaraq, evini və torpağını təhvil verməsi istənilib: "Təklif ediblər ki, qoca adamsan, bir qızın var, sənə obyektlərdən bir otaqlı ev verək, sən də evini və torpağını bizə ver. Sən öləndən sonra qızın tək o evdə yaşaya bilməz. Anam isə onların təklifi ilə razılaşmayıb.”
Lətifə Qafarova və bacısı iddia edir ki, buna görə analarını öldürmək istəyiblər: "7 iyun 2015-ci il tarixdə anamı Daşkəsən şəhər sakini İsmayılov İqbal Dəmir oğlunun avtomobili ilə vurub öldürmək istədilər. Anam təsadüf nəticəsində sağ qaldı, ancaq bütün sümükləri qırıldığından yataq xəstəsidir”.
Məktubda bildirilir ki, anaları ilə bağlı plan baş tutmadığından, onları evdən çıxarmaq üçün başqa üsula əl atıblar: "3 may 2016-cı il tarixdə Daşkəsən şəhərində su və kanalizasiya xətlərini çəkən şirkət bizim xüsusi mülkümüzə icazəsiz daxil olaraq, həyətin darvazasını qırıb, hasarını uçurub, meyvə ağaclarının bəzilərini dibindən çıxarıb, bəzilərini kəsib atıblar. Torpağı əkinə yararsız hala gətirmək üçün kanalizasiya quyuları qazıb, turbalar düzüblər. Evin bünövrəsini qazaraq, yaşamaq üçün təhlükəli hala salıblar”.
Lətifə Qafarova və bacısı bildirir ki, bu haqda rayon rəhbərliyinə və hüquq mühafizə orqanlarına məlumat versələr də, tədbir görülməyib. Onlar bunun səbəbini əlverişli ərazidə yerləşən onlara məxsus 10 sot torpaq sahəsinə icra başçısı Əhəd Abıyevin gözünün düşməsi ilə bağlayırlar. İddia edirlər ki, Abıyev onların evini söküb, yerində özünə villa tikmək istəyir.
Şikayətçilər ölkə rəhbərliyindən evlərinin əlindən alınmasına mane olmağı xahiş edirlər.
P.S. Şikayət məktubunda qeyd olunanlarla bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin, o cümlədən icra başçısı Əhəd Abıyevin də mövqeyini işıqlandırmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi