Fizika İnstitutunun direktoru redaktor oldu - Açıqlama

img

07-06-2016 [14:51]


Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Kanadanın elektron nəşri olan "MAYFEB” nəşriyyatının "Fizika” jurnalına redaktor seçilib.

Bu barədə Mia.az-a AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızı məlumat verib.

Onun sözlərinə görə, "MAYFEB” nəşriyyatında  elmi-texniki və tibbi mövzularda olan dünya ədəbiyyatları nəşr olunur:

"Nəşriyyatın əsas istiqaməti elm və texnika sahəsində bilikləri inkişaf etdirmək, tədqiqatçılar arasında informasiya və fikir mübadiləsi aparmaqdan ibarətdir. MAYFEB 20 lisenziyalı açıq elmi jurnallar nəşr edir. Nəşriyyatda yüzlərlə müxtəlif ölkələrdən olan qəbul olunmuş redaktorlar, minlərlə rəyçilər var".





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA