"Bu xəbər bizi son dərəcə kədərləndirdi" - İlham Əliyev

img

07-06-2016 [13:57]


Prezident İlham Əliyev bu gün İstanbulda baş vermiş teraktla əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab prezident, əziz qardaşım! İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA