07-06-2016 [11:15]
Bundestaqda fəaliyyət göstərən Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin eskolasiyası ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq bəyanatla çıxış edib.
Cəmiyyətdən AzərTac-a daxil olan bəyanatda bildirilir ki, parlamentlərarası dostluq qrupu bir neçə həftə əvvəl Dağlıq Qarabağ regionunda zorakılıq hallarının yenidən baş qaldırması ilə bağlı dərin narahatçılıq hissi keçirir:
"Hazırda bölgədə baş verən zorakılıq hallarına mümkün qədər qısa vaxtda son qoyulmalıdır. Bu münaqişədə insan itkisi həddən artıq çoxdur.
Bu il Almaniya Federativ Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik missiyasını həyata keçirir. Biz insan itkilərinin qarşısını almaq üçün ATƏT və bu məsələ ilə məşğul olan Minsk qrupu çərçivəsində çevik tədbirlərin görülməsini tələb edirik. Münaqişə bölgəsində gərgin vəziyyətin səngiməsinə səmərəli töhfə vermək üçün bu il Almaniya geniş imkanlara malikdir. Ermənistan Prezidenti ilə birgə mətbuat konfransında federal kansler Angela Merkel münaqişənin həllində Almaniyanın ATƏT-də sədrliyi çərçivəsində oynaya biləcəyi konstruktiv rolu bir daha təsdiqləyib.
Parlamentlərarası dostluq qrupu federal kanslerin bu mövqeyini dəstəkləyir".
Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində status-kvonun beynəlxalq hüququn prinsipinə tamamilə zidd olduğu vurğulanıb. Buna son qoyulmalıdır. Parlamentlərarası dostluq qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin yerinə yetirilməsinin vacibliyini dəstəkləyir. Davamlı atəşkəsə nail olunması danışıqlar masasına qayıtmaq üçün əsas tələbdir.
Bəyanatda Azərbaycan tərəfinin birtərəfli qaydada hərbi əməliyyatların dayandırılması haqda qərarı müsbət hal kimi dəyərləndirib. Bunun mövcud böhranlı vəziyyətin səngiməsinə müsbət impuls verəcəyinə əminlik ifadə olunub, hazırda atəşkəsə hər iki tərəfin riayət etməli olduğu qeyd edilib.
Bəyanatda, həmçinin diqqətə çatdırılır ki, dostluq qrupu davamlı sülh danışıqlarını dəstəkləmək üçün beynəlxalq vasitəçi kimi münaqişə iştirakçıları ilə aparılan danışıqlar prosesinə qoşulmağa hazırdır. Cənubi Qafqaz ölkələrinin parlamentləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən əlavə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət parlamentlərarası dostluq qrupunu narahat edən ən ümdə məsələlərdən biridir. Biz sülh şəraitinin yaradılması prosesini gücləndirməyə çalışırıq. Baxmayaraq ki, bu, həddən artıq mürəkkəb prosesdir. Xüsusilə də ATƏT-də sədrliyimiz fonunda bu qəbuledilməz vəziyyətə tezliklə son qoyulması üçün vasitələr tapmaq bizim mənəvi vəzifəmizdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi