Bakıda palçıqlı yağışın yağması nə ilə əlaqədardır? - Açıqlama

img

06-06-2016 [16:40]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda palçıqlı yağışın yağmasına münasibət bildirib.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, hazırda Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji durum qənaətbəxşdir. Onun sözlərinə görə, tozlanma ilə bağlı vəziyyət normal, hətta çox yaxşıdır.

M.Avazova qeyd edib ki, tozla bağlı nə tranzit gətirilmə, nə də daxili çirklənmə yoxdur.

Direktor müavininin sözlərimnə görə, palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər: "Zeytun, iydə və digər ağacların tozları daha yüngüldür və onlar çox yüksəklərə qalxır. Yağış isə onları aşağı endirir”.

APA

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA