06-06-2016 [11:19]
Ölkənin bir qrup gənc yazarı tənqidi fikirlərinə görə cinayət təqiblərinə məruz qalmış publisist və teletənqidçi Qulu Məhərrəmlinin müdafiəsinə qalxıb. Onlar söz adamına qarşı təzyiqlərə son qoymağa çağıran müraciət yayıblar.
Müraciətdə deyilir:
"Üç aydan çoxdur ki, cəmiyyətin mənəvi gücünü alan belə təzyiqlərin hədəfində biz böyük ziyalımız, professor Qulu Məhərrəmlini də görməyimizdən çox məyusuq. Televiziya problemlərinə aid müsahibəsində AzTV sədri A.Alışanovu tənqid etdiyinə görə ona qarşı davamlı qarayaxma və təzyiq kampaniyası aparılır. Təhqir olunduğunu deyən sədr jurnalistə qarşı cinayət işi açmaq və onu 100 min manat cərimələməklə bağlı məhkəməyə müraciət etmişdir. Biz peşəkar bir mütəxəssisi tənqidi mülahizələrinə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdlərini pisləyir, bunu söz və ifadə azadlığına meydan oxumaq kimi qavrayırıq. Qələm sahibinə qarşı hücumları söz azadlığına qəsd kimi qiymətləndiririk. Hələ də ümid edirik ki, gerçəyi söyləyən mütəxəssisə qarşı məhkəmə davası açanlar ölkə prezidentinin 2009-cu ildən CM-də diffamasiya ilə bağlı normaların tətbiqinə moratorium elan etdiyini xatırlayacaqlar. Bir neçə gün əvvəl Bakıda diffamasiya ilə bağlı keçirilmiş beynəlxalq konfransda da bu moratorium xatırlanmış və Avropanın nüfuzlu media ekspertləri A.Alışanovun iddiasına mənfi münasibət bildirmişlər. Belə olduğu halda Yasamal rayon məhkəməsinin bir məmurun əsassız şikayətini icraata götürməsinin məqsəd və mənasını heç cür anlamaq olmur.
Biz professor Qulu Məhərrəmlini istedadlı və ləyaqətli qələm sahibi, azad düşüncənin daşıyıcısı və vicdanlı söz sahibi kimi tanıyırıq. Azərbaycan cəmiyyəti də ona həmişə milli platformada dayanan, öz sözü olan nüfuzlu ziyalı, siyasi təhlilçi və alim kimi dəyər verir. Peşəkar və qərəzsiz təhlillərin müəllifi olan Q.Məhərrəmli kimi bir mütəxəssisin dövlət büdcəsindən hər il milyon manatlarla vəsait alan, amma xüsusi səviyyəsi ilə seçilməyən bir telekanalın nöqsanlarını açıb deməsi, o cümlədən kanal rəhbəri barədə öz tənqidi mülahizələrini bildirməsi vətəndaş mövqeyi göstərmək və peşə namusunu qorumaqdır. Bu tənqidləri süngü ilə qarşılamaq, ədavət aparmaq, məhkəmə cənginə çıxmaq, vəzifə imkanları hesabına hikkə nümayiş etdirmək isə yolverilməzdir. Digər tərəfdən, Alışanovun təhqirlə bağlı iddiaları tam əsassızdır. Q.Məhərrəmlinin müsahibəsində tənqidin etik hədləri pozulmamışdır, bir məmuru səciyyələndirən fikirlərdə heç bir nalayiq ifadə və təhqir yoxdur. Buna görə də AzTV sədrinin davranışı tənqidə dözümsüzlüyün, vəzifə imkanlarından sui-istifadənin və haqlı tənqidi boğmaq cəhdinin pis nümunəsi olduğu kimi, Yasamal rayon məhkəməsinin də bir məmurun söz azadlığına təhlükə yaradan haqsız iddiasını icraata götürməsi ədalətsizlikdən başqa bir şey deyildir. Tənqidə görə təqib konstitusiya ilə qadağan olunan davranışdır, söz azadlığını məhdudlaşdıran addımdır. Bu səbəbdən də Q.Məhərrəmli kimi dəyərli bir ziyalıya, söz adamına qarşı aparılan uydurma cinayət təqibləri bizdə ciddi narahatlıq yaradır. Biz bu narahatlığımızı ölkə ictimaiyyətinə, söz azadlığının nə olduğunun bilən bütün insanlara, vicdanlı media mənsublarına çatdırır və professor Q.Məhərrəmliyə qarşı qanunsuz basqıları aradan qaldırmaq, məhkəmə təqiblərinə son qoymaq üçün müvafiq qurumları zəruri tədbirlər görməyə çağırırıq.
Müraciəti aşağıdakı yazarlar imzalayıblar:
Şərif Ağayar
Aqşin Yenisey
Aysel Əlizadə
Qan Turalı
Şəhriyar del Gerani
Fərid Hüseyn
Kəramət Böyükçöl
Əsəd Qaraqaplan
Emin Piri
Ramilə Qurbanlı
Aqşin Evren
Mövlud Mövlud
Sevinc Elsevər
Mübariz Örən
Cəlil Cavanşir
Rəbiqə Nazimqızı
Mirmehdi Ağaoğlu
Cavid Zeynallı
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi