06-06-2016 [11:10]
Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodces ötən həftə Bakıda 3 vacib təklifini Azərbaycan rəsmilərinin diqqətinə çatdırıb.
Birinci təklif: Gələn il Gürcüstanda birgə hərbi təlimlər keçiriləcək. ABŞ həmin təlimlərdə Azərbaycan hərbçilərini də görmək istəyir.
İkinci təklif: Yay aylarında Rumıniyada da birgə hərbi təlimlər planlaşdırılıb. ABŞ bu təlimlərə Azərbaycan hərbçilərini də dəvət edib.
Üçüncü təklif: Rəsmi Bakının dəvəti olacağı təqdirdə ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak etmək istəyirlər. Amerikalı generalın sözlərinə görə amerikalı hərbçilər bu bölgəyə xas olan təcrübəni öyrənməkdə maraqlıdırlar.
Rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə "hə” deməsi problematikdir. Çünki, rəsmi Bakı Kremlin reaksiyasından ehtiyat edir. Məsələn, may ayının sonunda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə birgə hərbi təlimlər keçirildi. Əslində Azərbaycan bu təlimlərə də dəvətli idi. Ancaq Rusiya hakimiyyəti Tiflis yaxınlığında – Vazianidəki təlimlərə etiraz etdi. Əgər Azərbaycan hərbçiləri də həmin təlimlərdə iştirak etsə idilər, bu Bakı ilə Moskva arasındakı münasibətlərdə müəyyən suallar yaradacaqdı. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir.
Buna baxmayaraq, NATO istər-istəməz Azərbaycan sərhədlərinə yaxınlaşıb və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq. İyul ayında Polşa paytaxtı Varşavada NATO sammiti keçiriləcək. Əgər həmin sammitdə Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilərsə, bu NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasının formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. NATO ən azı Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən NATO sturkturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər. NATO-nun bu yanaşması istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir.
Rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də digər NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyini nəzərə almır. Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki, bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqını da zərurətdən irəli gəldiyini anlayır.
Bu baxımdan Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, Azərbaycan hərbçiləri keçən həftə eyni gündə Türkiyədə iki hərbi təlimdə iştirak etdilər. Birinci təlimlər Türkiyənin İzmir şəhərində keçirilib. "Efes” adlanan təlimlərini Türkiyənin prezidenti və baş naziri ilə yanaşı Azərbacanın müdafiə naziri də izləyib. Təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak ediblər. Bu o deməkdir ki, əslində rəsmi Bakı Türkiyə və ABŞ hərbçilərinin iştirak etdikləri təlimlərdən yayınmır. Əsas şərt təşəbbüskarın Türkiyə olmasıdır. Eyni günlərdə Azərbaycan hərbi pilotları Türkiyənin bir başqa şəhəri – Konyada keçirilən hərbi təlimlərdə də iştirak edirlər. "Anadolu Qartalı - 2016” adlanan təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil olunur.
Beləliklə, ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir. Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu əməkdaşlıqda maraqlıdırlar. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan hakimiyyəti NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. NATO standartlarını isə NATO-nun və Türkiyənin hərbi strukturlarında kurslar keçən hərbçilər bilirlər. Ona görə də rəsmi Bakı istər-istəməz NATO və Türkiyənin hərbi texnologiyalarını mənimsəyən hərbçilərə üstünlük verməlidir.
Elxan Şahinoğlu,
"Atlas” Araşdırmalar Mərkəzi
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi