04-06-2016 [23:35]
Bu gün Kənd Təsərrüfatı Nazirliyində (KTN) "Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr"ə həsr olunmuş respublika müşavirəsi keçirilib.
Mia.az KTN-ə istinadən xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin, "Aqrolizinq" ASC-nin və onun regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan nazir Heydər Əsədov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı son dövrlərdə qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə gürülən tədbirlər, eyni zamanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması, istifadəsiz torpaqlara vergi uçot dərəcəsinin artırılması, sünu mayalama işlərinin həyata keçirilməsinin sürətləndirilməsi, heyvandarlıqda möhkəm yem bazasının yaradılması, suvarma sistemlərinin yenidən qurulması ilə bağlı geniş məlumat verib.
Bildirilib ki, cari ilin taxıl yığımı mövsümündə respublika üzrə cəmi 927,4 min ha sahədə payızlıq taxıl biçini nəzərdə tutulub. Ondan 344 min ha arpa, 583 min ha buğda sahələri təşkil edir ki, bu da keçən illə müqayisədə 42 min ha payızlıq buğda sahəsi çoxdur. Artıq may ayının 25-dən aran bölgələrində arpa biçini başlanmış və məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla əlaqədar olaraq respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyən edilib və biçin qrafiki tərtib edilib.
Cari taxıl biçini mövsümündə 2400-dən artıq taxılyığan kombayn biçinə cəlb olunacaqdır. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilmiş, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib edilib.
Bununla yanaşı regional nümayəndəliklərin istifadəsində olan 500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak edəcəkdir.
Çıxış edən Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun son dövrlərdə fəaliyyəti barədə məlumat verib, həmçinin ayrı-ayrılıqda hər bir rayon Aqroservis rəhbərinin texnikaların və kombaynların biçinə hazırlıq vəziyyəti və dislokasiyası ilə bağlı məlumatları dinlənilib.
Yekunda nazir Heydər Əsədov təbliğat işinin genişləndirilməsi, taxıl biçininin qısa müddətdə və itkisiz aparılması, yanğından mühafizə işinin təşkili, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi, lizinq xidmətlərinin vaxtında aparılması, gübrələrdən istifadə ilə bağlı Rayon Kənd Təsərrüfatı İdarələrinə və Aqroservis rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
Müşavirədə "Aqrolizinq" ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib, Cəlilabad və Gəncə regional nümayəndəliklərinə töhmət verilib, işlərini günün müasir tələblərinə uyğun qura bilmədiklərinə görə lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun yeddi region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi