04-06-2016 [18:26]
Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) "Arı xəstəliklərinin nəzarətdə saxlanması” mövzusunda konfrans keçirilib.
DBNX-dən Mia.az-a verilən məlumata görə, konfrans Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycanda həyata keçirdiyi layihə çərçivəsində baş tutub.
Tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının, Baytarlıq Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, AMEA Zoologiya İnstitutunun əməkdaşları, baytarlıq mütəxəssisləri, eləcə də arıçılıqla məşğul olan rayonların arıçıları və təsərrüfat rəhbərləri iştirak ediblər.
Alimlərin, baytar həkimlərinin və arıçıların qatıldığı bu mühüm tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov çıxış edib Türkiyə və Almaniyadan ölkəmizə gəlmiş qonaqları salamladı və konfransın gündəliyinə çıxarılan mövzunun əhəmiyyətindən danışıb bildirib ki, arıçılıq kənd təsərrüfatının mühüm sahələrdən biridir:
"Arıçılıq az əmək və vəsait sərf olunan, lakin yüksək məhsul əldə edilən, insanlar üçün xeyirli və müalicəvi əhəmiyyəti olan sahədir".
Son illər respublikamızda arı ailələrinin sayının artması ilə yanaşı, arı xəstəliklərinin də artdığını qeyd edən A.Süleymanov ölkəmizdə arı xəstəlikləri ilə məşğul olan mütəxəssislərin az olduğunu da vurğulayıb. Bildirib ki, bu sahədə təlimlərin keçirilməsi mütəxəssis azlığına son qoymaqla, arıların saxlanmasına, laboratoriya müayinələrinə, diaqnostikasına, profilaktikasına və xəstəliklərin vaxtında müalicəsinə təkan verəcəkdir.
Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov güman etdiyini bildirib ki, bu tədbir yerli mütəxəssislər, tədbir iştirakçıları, arıçılar üçün faydalı olacaqdır. O, tədbir iştirakçılarının suallarının cavablandırılması və arı xəstəliklərinə dair məruzə ilə çıxış etməsi üçün konfransa arıçılıq üzrə Türkiyədən Muğla Sıtkı Koçman Universitetinin veterinar fakültəsinin dekanı, professor Dr.Hayrettin Akkayanın dəvət edildiyini deyib.
Bu vacib sahəni əhatə edən tədbirin keçirilməsinə görə təşkilatçılara və professor Dr.Hayrettin Akkayaya nazirlik və Dövlət Baytarlıq Nəzarəti Xidməti adından minnətdarlığını bildirən A.Süleymanov konfransın işinə uğurlar arzulayaraq qeyd edib ki, bu kimi tədbirlər davamlı olsun, yerli mütəxəssislərə, arıçılara, baytar həkimlərinə elmi yeniliklər vaxtında çatdırılsın və bu sahədə istedadlı, bacarıqlı mütəxəssislər yetişdirməklə daha böyük uğur əldə olunsun.
Konfransda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru, eyni zamanda "Seçilmiş məcburi köçkün icmalarında məşğulluq imkanlarının artırılması” layihəsinin rəhbəri xanım Sonia Fontaine çıxış edərək layihə çərçivəsində arıçılıq sahəsində görülən işlərdən ətraflı məlumat verdi və bu layihənin büdcəsinin az olmasına baxmayaraq uğurla yekunlaşacağına əminliyini bildirib.
Konfransda məruzə ilə çıxış edən Türkiyədən dəvət edilmiş professor Dr.Hayrettin Akkaya arıların ayrı-ayrı xəstəliklərinin profilaktikası, diaqnostikası, müayinəsi, müalicəsi, ümumi arıxananın profilaktik tədbirləri və arı fiziologiyası barədə ətraflı məlumatlar verib. Məruzəçi eləcə də, Azərbaycanda və dünyada mövcud olan və ən geniş yayılmış xəstəliklər– vorratoz, nozematoz və akarapidoz barədə məlumat verərək deyib ki, bu sahədə arıçıların, baytarlıq mütəxəssislərinin üzərinə mühüm vəzifələr düşür:
"Arılarda qeydə alınan infeksiya və invaziyalar indi hər bir ölkədə müşahidə edilir. Arı xəstəlikləri ilə mübarizə üçün arıçıların, eləcə də baytar həkimlərinin bu barədə ətraflı məlumatı olmalı, düzgün diaqnoz qoymalı, profilaktik-müalicə işlərini vaxtında aparmalı və təsərrüfatların sağlamlığı təmin edilməlidir".
Konfransda professor Dr.Hayrettin Akkaya tərəfindən Türkiyə və dünyadakı arıxanalarda mövcud olan infeksion və invazion xəstəliklər və onlarla mübarizə üsulları zamanı qazanılmış təcrübələr, istifadə olunan arı dərmanları barədə məlumatlar verilmiş və bildirilmişdir ki, artıq Azərbaycanda arı xəstəliklərinə baytarlıq laboratoriyalarında dəqiq diaqnoz qoyulur və xəstəliklərə qarşı mütəşəkkil mübarizə işi təşkil edilir.
Konfransın sonunda məruzə ətrafında çıxışlar olub, alim və mütəxəssislərin, eləcə də arıçıların diskussiyaları keçirilib, suallar cavablandırılıb. Qərara alınıb ki, gələcəkdə bu kimi tədbirlər müntəzəm olaraq davam etdirilsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi