04-06-2016 [13:13]
Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycan səfəri hər iki ölkənin mediasında və cəmiyyətində maraq doğurub.
Mia.az xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş nazirin səfəri ilə bağlı maraqlı hesabat-analiz yayıb.
Elxan Şahinoğlu bildirir ki, Türkiyənin yeni baş naziri Binəli Yıldırım iyunun 3-də Azərbaycana səfər zamanı "Azərbaycanın dostu Türkiyənin də dostu, düşməni isə düşmənidir”, - sözləri ilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verdiyini bir daha açıq təsdiq edib:
"Bu yerdə xüsusi vurğulayaq ki, Ermənistanın müttəfiqi olmasına rəğmən, Rusiya Azərbaycana tərəfdaş ölkələrdən sayılır. Ona görə də Binəli Yıldırımın sözlərinə istinad edilsə, Rusiya Türkiyənin də yenidən tərəfdaşına çevrilə bilər. Rusiya prezidenti Vladimir Putin keçən həftə Yunanıstana rəsmi səfəri zamanı Türkiyə ilə münasibətlərin normallaşa biləcəyini dedi.
Ancaq Putin bu açıqlamasına həmişəki kimi şərtini də əlavə etdi: "Türkiyə Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməlidir”.
Aydındır ki, Ankara Putinin bu şərti hazırki mərhələdə yerinə yetirməyəcək. Çünki, birincisi, Türkiyə hakimiyyəti Rusiya hərbi təyyarəsinin sərhədi pozduğunu vurğulayır, ikincisi, Ankara üzr istəsə Türkiyə hakimiyyəti bu addımını cəmiyyətə izah etməkdə çətinlik çəkəcək”.
E.Şahinoğlu vurğulayıb ki, bütün bunlara baxmayaraq, Ankara da Moskva ilə münasibətlərin normallaşdırılmasını istəyir: "Çünki münasibətlərin gərgin qalması hər iki ölkənin iqtisadi-ticarət münasibətlərinə mənfi təsir edir, böyük regional enerji layihələrinin reallaşdırılmasını sual altında qoyur. Digər tərəfdən Ankara rus turistlərin azalması səbəbindən turizm sektorunun itkilərindən də narahatdır. Binəli Yıldırım Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyir. Moskva təyyarənin vurulmasında Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu günahkar sayırdı. Ona görə də Kreml Binəli Yıldırmla münasibətləri yeni səhifədən başlaya bilər. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu iki ölkə arasında işçi qrupun yaradılmasını təklif edib. Qrupun məqsədi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması olmalıdır. Çavuşoğlunun sözlərinə görə, qrup rəsmi və ya qeyri-rəsmi formatda fəaliyyətə başlaya bilər”.
Politoloq hesab edir ki, qeyri-rəsmi formatda dialoqa başlamaq daha realdır: "Rəsmi Moskva dialoqa hazır olmasa da, rusiyalı ekspertlər və bilim adamları türkiyəli həmkarları ilə dialoq qurmağa hazırdılar. Bu ekspertlər arasında Kremlə yaxın şəxslər də var. Bu yerdə Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkündür. Türkiyə Azərbaycanın müttəfiqi, Rusiya isə tərəfdaşıdır. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasını arzulayan əsas ölkələrdəndir. Dağlıq Qarabağ münaqişəsi baxımından da Rusiya-Türkiyə münasibətlərinin hazırki gərginliyi Azərbaycanın maraqlarına cavab vermir”.
E.Şahinoğlu bildirib ki, azərbaycanlı ekspertlər həm Rusiya, həm də Türkiyə ekspertləri və akademik çevrələri ilə sıx təmasdadırlar: "Azərbaycanlı ekspertlər üçlü dialoq formatı təşkil edə bilərlər. Görüşləri növbəlilik əsasında Rusiya, Türkiyə və Azərbaycan ərazisində təşkil etmək mümkündür. Əvvəlcə bu görüşlərdə qarşılıqlı ittihamlar səslənəcək. Bu normaldır. Ancaq dialoqun sonrakı mərhələsində münasibətləri normallaşdırmaq üçün yeni təklif və ideyaların ortaya çıxacağı ehtimalı yüksəkdir.
Misal üçün "soyuq müharibə” illərində SSRİ-ABŞ münasibətləri də gərgin idi, iki dövlət arasında xeyli problem mövcud idi. Ancaq hətta o illərdə SSRİ və ABŞ ekspertləri və akademik çevrələri arasında dialoq var idi və bu şəxslər münasibətlərin normallaşdırılması üçün yollar axtarırdılar. Son nəticədə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün oldu. Buna görə də, azərbaycanlı ekspertlərin vasitəçiliyi ilə türkiyəli və rus ekspertlər arasında başlana biləcək dialoq da işin xeyrinə olacaq. Mümkündür ki, Türkiyə və Rusiya hakimiyyətləri ekspertlərin hazırladıqları təkliflərə diqqət etsinlər və həmin təkliflərdən istifadə etsinlər. Bunun üçün ekspertlərin münasibətləri normallaşdırmaq üçün "yol xəritəsi” hazırlaması vacibdir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi