Maşınlar daha da ucuzlaşacaq - Video

img

04-06-2016 [10:45]


Devalvasiyadan sonra kəskin bahalaşan yeni avtomobillərin qiymətində ucuzlaşma gözlənilir. Belə ki, uzun müddətdir avtomobil satışında durğunluğun hökm sürməsi avtomobil şirkətlərini qiymətlər haqqında düşünməyə vadar edib.

Mia.az xezerxeber-ə istinadən xəbər verir ki, bir sıra avtomobil mərkəzləri qiymətlərdə yaya doğru yeni endirim kampaniyalarına başlamağa hazırlaşır.

Bundan əlavə, şirkətlər müxtəlif hədiyyə və güzəşt kompaniyalar ilə avtomobil bazarlarında canlanma yaratmağa çalışırlar.

Bir sıra şirkətlər isə servis endirimləri ilə diqqət çəkmək niyyətindədir. Çünki avtomobil alanlar onun sonrakı xərcləri ilə də ətraflı maraqlanırlar.

Ekspertlər avtomobil bazarındakı qiymət durğunluğunun hələ bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA