03-06-2016 [17:48]
Prezident İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə ortaq mətbuat konfransı keçirib. Prezident Əliyev öz çıxışında Almaniya bundestaqının son qərarı ilə bağlı Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə edib.
O, deyib ki, Almaniya bir zamanlar Azərbaycana münasibətdə olduğu kimi, bu dəfə də Türkiyəyə münasibətdə səhvə və haqsızlığa yol verib.
Prezident Əliyev Türkiyə-Azərvaycan qardaşlığından, ortaq maraq və layihələrdən də danışıb.
İlham Əliyev deyib ki, "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”.
Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb. Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.
Binəli Yıldırım isə Azərbaycanın inkişafı barədə danışıb: "Bu inkişaf həmləsi Bakı ilə məhdudlaşmır. Biz haraya gedirsək yenidənqurma fəaliyyətini görürük.
Azərbaycan torpaqlarının 20 faizi nə zaman geri qaytarılsa, , həmin torpaqlarının azad edilməsi nə zaman təmin olunsa bu məsələ həll edilmiş sayılacaq. Beynəlxalq birlik bu mövzunu daha ciddi müzakirə etməli və ikili standartlardan vaz keçməlidir. Dünən Almaniya parlamenti tarixi bir yalana imza atdı. Bu bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim fikrimizcə tarix tarixçilərin öhdəsinə buraxılmalıdır. Almaniya parlamentinin belə bir qərar alması təəssüf doğurur. Bu türk-alman münasibətlərinə zərbədir. Almaniyanın bu yanlışdan vaz keçəcəyinə ümid edirik. Bu təqdirdə türk-alman münasibətlərinə cüzi dərəcədə zərər dəyərək həll oluna bilər. Bizim (orada) 3,5 milyona qədər qardaşlarımız var. Bu qərar onlarda da məyusluq yaradıb. Alman siyasətçiləri daha sağlam dəyərləndirmə ilə tədbirlər almalıdırlar.
Azərbaycan torpaqlarında yaşanan vəhşiliklərin görməzliyə vurulması səmimiyyətsizlikdir. Bu ölkələr Xocalı qətliamını niyə gündəmlərinə almırlar? Bu da bir soyqırımdır. Keçmişdəki dəftərləri qarışdırdığımız zaman ən çox hesabı çıxanların başında elə Qərb ölkələri gəlir.
Beynəlxalq birliyin regional, qlobal hadisələrdə ikili standartları tərk etməli, dünyanın müxtəlif yerlərində yaşanan insanlıq dramlarına biganə qalmamalı olduğunu düşünürük.
Türkiyə və Azərbaycan arasında çox mühüm layihələr var. Biz bu layihələri dəyərləndirdik. Enerji və nəqliyyat layihələri Orta Asiyanın, Uzaq Şərqin gələcəyini ilə bağlı layihələrdir. Hazırda bu layihələri həyata keçirməkdəyik. Yeni təbii qaz sahələrinin işə salınması ilə qaz ehtiyacı da təmin edilmiş olacaq.
Sizi Avropa və Asiyanı birləşdirəcək Yavuz Sultan Səlim körpüsünün 26 avqustdakı açılışına dəvət edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi