Magistr və doktorantlara möhlət hüququ veriləcək - Hərbi çağırışla bağlı dəyişiklik

img

03-06-2016 [12:39]


"Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "hərbi xdimət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur. Qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil,eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur".

Mia.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Feysbuk-dakı səhifəsində yazıb.

Millət vəkili bildirib ki, Azərbaycanda elmi və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab prezidentin yeni təhlükəsizlik siyasitinin tərkib hissəsidir:

"Ordu peşəkarlardan ibarət olmaqla bərabər alimlər də elm səngərində döyüşməyə hazılanmanmalıdılar.Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi.30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarətdir. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qalmışdı.

Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misliszi olan belə bir addım atıldı.Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək.

Ümidvarıq ki,qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA