Hamilə qadın əməliyyat zamanı öldü - Prokuroluq araşdırma aparır

img

03-06-2016 [11:07]


Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib.

Hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb. Şəhər sakini, üş aylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA