03-06-2016 [10:44]
XX əsrin 30-cu illərindən dünya elmində kütləvi qırğın silahının hazırlanma yolları barədə geniş müzakirələr başlandı. Faşist Almaniyası və Yaponiya İmperiyası İkinci Dünya Müharibəsi zamanı nüvə silahının aktiv istifadəsinə çalışırdı. Lakin alimlərin səhvləri, müharibənin sona çatması və bir çox elm adamlarının mühacirəti bu layihənin yekunlaşmasına mane oldu.
Almaniyanın nüvə texnologiyaları sahəsində yarımçıq işlərini davam etdirən ABŞ 1945-ci ilin martında ilk nüvə sınağı keçirməklə bu dağıdıcı silaha malik olan birinci dövlət kimi tarixə düşdü.
"Nüvə klubu”nun sonrakı üzvləri SSRİ (1949), Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974) və Pakistan (1998) oldu.
Kütləvi qırğın silahının yaradılması və ona malik olma hüquqlarını tənzimləyən ilk beynəlxalq sənəd isə 1968-ci ildə qəbul edilmiş "Nüvə silahının yayılmaması haqqında” müqavilədir. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu beynəlxalq sənəd "Nüvə klubu”nun yalnız keçmiş üzvlərinin (ABŞ, SSRİ, Çin, Böyük Britaniya və Fransa) nüvə silahına sahib olma hüququnu təsdiqləyir və 1967-ci il 1 yanvar tarixindən sonra bu silaha sahib olan ölkələrin beynəlxalq normaları pozduğunu elan edir.
Sonradan nüvə silahına yiyələnən Hindistan və Pakistan da bu silaha sahib olduqlarını rəsmən elan etdilər.
Amma bəzi ölkələr nüvə dövləti olmasını beynəlxalq aləmin gözündən gizlədir və bu sahədə gizli araşdırmalar aparır. Bunun sübutu olaraq, 2006-cı ildə Şimali Koreya Xalq Demokratik Respublikasının keçirdiyi nüvə sınaqlarını misal çəkmək olar. Sınaqların ballistik raketlərlə bağlı olduğu bildirilsə də, Cənubi Koreya və Yaponiya ekspertləri Sarı dənizdə müşahidə edilən partlayışın əslində nüvə sınağı olduğunu aşkarlamışdılar. Hazırda Şimali Koreyanın 10-a yaxın nüvə başlıqlı raketinin olduğu ehtimal olunur.
Şimali Koreya ilə yanaşı, daha bir gizli nüvə ölkəsi kimi İsraili misal çəkmək olar. İsrail hələ 1960-cı illərdə Dimon şəhərində Nüvə Tədqiqat Mərkəzi yaradıb. Nüvə silahının yayılmaması barədə beynəlxalq müqaviləyə qoşulmayan İsrail hazırda dünyada nüvə potensialına malik 6-cı ölkədir. Yəhudi dövlətinin 200-ə qədər nüvə raketinə yiyələndiyi müəyyən olunub.
Ayrı-ayrı vaxtlarda, bir çox dövlətlərin gizli yollarla kütləvi qırğın silahı əldə etmək niyyətlərinin olması da məlumdur. Belə ki, Əlcəzair, Argentina, İspaniya (1975-ci il qədər), Braziliya, Suriya, İraq (1991-ci ilə qədər), Səudiyyə Ərəbistanı, İran, Meksika və Rumıniyanın (1989-ci il qədər) nüvə tədqiqatları apardığı məlumdur.
Hətta bəzi ekspertlər Türkiyənin də nüvə başlığına malik olduğunu iddia edirlər.
Bütün bu söylənilənlər zaman-zaman xarici mediada gündəmə gətirilib və əksər vaxtlar təkzib edilməyib. Beləliklə, görünən odur ki, ayrı-ayrı ölkələr guya silahlanmaya qarşı olduqlarını bəyan etsələr də, gilzində dünyanın qorxduğu nüvə raketlərinə sahiblənmək istəyir.
Bəzi ölkələr isə könüllü olaraq nüvə silahından imtina ediblər. Məsələn, Ukrayna 1992-ci ildə ABŞ və Rusiyadan sonra ən çox nüvə başlığı olan ölkə idi. Lakin 1994-cü ildə imzalanan Lissabon razılaşamsı ilə Ukrayna könüllü olaraq həmin silahlardan beynəlxalq təminatlar altında imtina etdi. Eyni qayda ilə Qazaxıstan və Cənubi Afrika Respublikası da oxşar addım atıb.
İndi nüvə silahının yayılmaması və terrorçuların əlinə keçməməsi qlobal dünya qarşısında duran əsas vəzifələrdən biridir.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi