03-06-2016 [10:40]
"Sovetski” sakinləri söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasına etiraz ediblər. Belə ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarixi əhəmiyyətli olan arxitektur bina ona bitişik evlərin ağır texnika ilə sökülməsi nəticəsində qəzalı vəziyyətə düşüb.
Söküntü zamanı binanın su xətləri sıradan çıxıb, mənzillərin içərisinə su dolub. Pəncərələr sınıb, bu isə evdəki azyaşlı uşaqlara təhlükə yaradıb.
Mia.az xəbər verir ki, musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin şikayətlərini dinləyib. 1909-cu ildə tikilən arxitektur binada yaşayan Faiq Əliyev söküntü prosesinin pərakəndə şəkildə aparıldığını deyib:
"Günorta saatlarından söküntü aparılır. Yasamalın icra başçısı İbrahim Mehdiyev də gəlib prosesdə iştirak edir. Binanın arxa tərəfinə bitişik olan evi uçururlar.
Bina zədələndi, mənzilimi içərisinə su doldu. Kompensasiya ödəmədən başımıza belə oyun gətirirlər. Azyaşlı nəvələrim var. 1 iyun uşaqlar bayramında "sürprizlə” qarşıladılar. Heç bir təhlükəsizlik tədbiri aparmadan necə gəldi sökürlər. İcra başçısı məni aldatdı, söz vermişdi ki, sökülməyəcək. Əslində mənə kompensasiya ödədikdən sonra söküntü işləri aparıla bilər. Bu ətrafda binalar bir-birinə bitişik olduğundan divarlar zədələnir, uçma təhlükəsi yaranır. Bütün bunları icra nümayəndələri çox yaxşı bilir. Bir sözlə, icra başçısı mənimlə ədavət aparır”.
Ərazidə olan zaman icra başçısının müavini Səməd İslamov və bina sakini Faiq Əliyev arasında qalmaqal yaşanıb.
İcra nümayəndəsi söküntünün qanuni aparıldığını bildirib: "Bu bina memarlıqda siyahıdan çıxarılıb, söküntüyə gedəcək. Sökülən evlər isə dövlət tərəfindən alınıb. Söküntü zamanı kompensasiya ödənilməyən evlərə heç bir ziyanlıq dəyməyib”.
Abbas Mirzə Şərifzadə küçəsində digər evlərin qonşuluğundakı boş mənzillərdə də söküntü işləri aparılır. Mənzil sahibi evin damına çıxaraq söküntünün qarşısını almağa çalışıb. Ərazidə olan icra başçısı İbrahim Mehdiyev mənzil sahibini aşağı düşüb, onunla söhbət etməsini xahiş edib. Lakin sakin aşağı düşən kimi "sökün” göstərişini verib. Söküntü zamanı ev qəzalı vəziyyətə düşüb. Məişət avadanlıqları sıradan çıxıb.
Daha ətraflı bu videodan izləyə bilərsiniz:







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi