MTN generalına “qanunsuz dinləmə” ittihamı

img

03-06-2016 [10:09]


Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşə yeni itiham irəli sürülüb.

Mia.az xəbər verir ki, bu haqda "Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib. Onun sözlərinə görə, V.Əsgərovla mayın 24-də görüşüb. "Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə - 302.2 maddəsi ilə də ittiham elan olundu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA