02-06-2016 [20:32]
Bu gün Türkiyə, İsrail, Ukrayna, Belarusiya, Rusiya, Qazağıstan, Ermənistan, Gürcüstan və Azərbaycan QHT-lərinin iştirakı ilə "Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib.
Mia.az xəbər verir ki, "Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının əsas təşəbbüskarlarından olan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov toplantıda giriş sözü ilə çıxış edərək Metsamor AES-in region dövlətləri üçün yaratdığı təhlükələr haqqında geniş məruzə ilə çıxış edib.
Telman Zeynalov sovetlər dönəmindən istifadəyə verilmiş Metsamor AES-in bütün region üçün təhlükə mənbəyi olduğunu qeyd edərək MAQATE-nin Metsamor AES-lə bağlı hesabatı haqqında məlumat verib.
Radiasiya Problemleri İnstitutunun professoru Rauf Sərdarlı Metsamor AES-in bloklarının tikilmə tarixi və yerləşdiyi ərazidə baş verən tektonik proseslər haqqında danışıb: "Metsamor AES-in əməkdaşlarının 1988-ci ildə Spitak şəhərində baş verən zəlzələ zamanı stansiyadan qaçıb getdiyini qeyd edərək yalnız onunla konstruksiya xüsusiyyətlərinə görə eyniyyət təşkil edən digər AES-dən texniki heyətin işə cəlb olunması nəticəsində baş verə biləcək dəhşətli təbii-texnogen fəlakətin qarşısını almaq mümkün oldu. Bu hadisədən sonra AES dayandırıldı, talan edildi, 1-ci enerji bloku isə əslində məhv edildi. 1995-ci ildə isə yalnız 2-ci enerji bloku bərpa edildi və işə salındı”.
İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının sədri Arye Qut bildirib ki, Metsamorda qəza baş verəcəyi halda Çernobıl və Fukusima AES-lərindən daha ağır faciələrə gətirib çıxaracaq. O, 1999-cu ildən Ermənistan vətəndaşlarının nüvə materiallarının daşınması və satışında "fəallıqlarını” artırmağa başladıqlarını vurğulayıb. Sonuncu belə bir hadisə 2016-cı ilin aprelində baş verib. Üç Ermənistan vətəndaşı uranın satışı cəhdinə görə saxlanılıb.
Konfransa video görüntü ilə bağlanan Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri Vahan Martirosyan Metsamor AES-in Ermənistan ərazisi və əhalisi üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Əsas məqsədinin ölkəsini və əhalisini qorumaq məqsədi daşıdığını qeyd edən Vahan Martirosyan qeyd edib ki, AES-də baş verə biləcək mümkün qəza İrəvanın dağılması və Ermənistanın böyük fəlakətlə üzləşməsi ilə nəticələnə bilər.
Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri bildirib ki, Metsamor AES-i ilə bağlı və eləcədə Ermənistanın Energetiya Nazirliyinin tabeçiliyində olan məsələlərlə bağlı qərar qəbulunda söz sahibi Rusiyanın RAO ES şirkətidir.
Tədbirdə Rusiya və Qazaxıstan nümayəndələri də iştirak edərək Metsamor AES-nin region üçün təhlükəsi haqqında fikirlərini bildiriblər.
Konfransın sonunda bəyannamə qəbul olunub.
Sənəddə potensial təhlükə yaradan seysmik zonada yerləşdiyini, Ermənistandan Şərqi Asiyaya nüvə materiallarının qaçaqmalçılığı hallarının artmasını və artıq bu sahə üzrə erməni marşrutunun yaradılmasını, Avropa İttifaqının və bir çox aparıcı QHT-lərin rəyini, təhlükəsizlik sistemi və texnikasının Ukraynanın Çernobıl AES-i ilə eyni olmasını nəzərə alaraq Metsamor AES-in bağlanmasına nail olmaq üçün "Stop Metsamor” Beynəlxalq QHT Koalisiyasını təsis edildiyi bildirilir. Koalisiya nümayəndələri həmçinin dünya ictimaiyyətinə müraciət də qəbul ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi