BMT-nin Azərbaycandakı nümayəndəliyinin departament rəhbəri və BAMF-ın sədri Yevlaxın icra bazçısı ilə görüzüblər

img

08-04-2010 [12:40]


BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri xanım Envera Selimoviç və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Yevlax şəhərində Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev arasında görüşü keçirilb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüş zamanı E. Selimoviç və U. Rəhimoğlu yaxın gələcəkdə Yevlax şəhərində Minilliyin İnkişaf Məqsədlərinə həsr olunacaq birgə tədbirin keçirilməsi təklifini irəli sürüblər. Müzakirələr nəticəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin, BAMF-ın və Yevlax Rayon İcra hakimiyyətinin birlikdə Minilliyin İnkişaf Məqsədləri ilə bağlı yaxın günlərdə tədbir keçirilməsi haqqında ilkin razılıq əldə edilib. Bu istiqamətdə müzakirələr davam etdiriləcək. Xanım Selimoviç bu ilin sentyabr ayında BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək Minilliyin İnkişaf Məqsədləri sammitinin önəmliliyini vurğulayaraq, Azərbaycanın bu məqsədlərə çatmaq əzmini xüsusi ilə qeyd edib. Qonaq Azərbaycan hökumətinin Minilliyin İnkişaf Məqsədlərinin tərkib hissəsi olan yoxsulluğun səviyyəsinin azaldılması, iş yerlərinin açılması, ümumi ibtidai təhsilin təmin edilməsindəki irəliləyişinin, həmçinin Yevlax rayonu kimi mütərəqqi rayonların rolunun olduğunu da xüsusilə qeyd edib. Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilə qədər ifrat yoxsulluğu yarıbayarı azaltmaqdan, HİV/AİDS?in yayılmasını dayandırmağa və ümumi ibtidai təhsilin təmin edilməsinə kimi hədəfləri əhatə edən səkkiz beynəlxalq məqsəddir və bütün dünya ölkələri, həmçinin dünyanın aparıcı inkişaf təşkilatları arasında razılaşdırılmış fəaliyyət planını təşkil edir. E.Selimoviç və U.Rəhimoğlu görüş əsnasında Yevlax şəhərində aparılan quruculuq və abadlıq işlərindən məmnun qaldıqlarını dilə gətiriblər. Söhbət zamanı onlar bütövlükdə rayonda müşahidə etdikləri inkişaf prosesinə də toxunublar. Xanım Selimoviç və U.Rəhimoğlu cənab Vəliyevə onları qəbul etdiyi üçün təşəkkürlərini bildirib. Xatırladaq ki, BAMF 2007-ci ildən BMT-nin Sosial - İqtisadi Şurasının Xüsusi məşvərətçi statuslu üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA