Prezident beynəlxalq sazişləri təsdiqlədi - Siyahı

img

02-06-2016 [17:09]


Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə qanun imzalayıb.

Xatırladaq ki, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanıb.

***

Dövlət başçısının imzaladığı digər sənəd "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun olub.

Sözügedən saziş 2016-cı il martın 8-də Bakı şəhərində imzalanıb.

****

Prezident bu gün "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da təsdiq edib. 

Bununla da Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş rəsmiyyətə minib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA