Mərkəzi Bankda kadr dəyişikliyi - Elman Rüstəmov özünə yeni müşavir təyin etdi

img

02-06-2016 [16:16]


Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib.

AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur(report).

Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA