AMEA-da istefa - Qulu Məhərrəmli şöbə müdirliyindənn getdi

img

02-06-2016 [15:04]


Tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən gedir.

Bu barədə Q.Məhərrəmli özü məlumat verib.

Şöbə müdiri işdən çıxması ilə bağlı ərizə yazdığını və rəhbərliyə təqdim etdiyini deyib: "İnstitutdan öz istəyimlə uzaqlaşmaq istəyirəm. Artıq ərizə yazmışam. Lakin hələ ərizəmə baxılmayıb”.

Q.Məhərrəmli işdən çıxma səbəbini də açıqlayıb: "Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, artıq bu institutda işləməyin bir mənası qalmayıb”.

 AzNews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA