“Erməni soyqırımı”nı tanındı - Almaniyadan Türkiyənin əleyhinə qərar

img

02-06-2016 [14:47]


Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını "soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır.

Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.

Qeyd edək ki, bir il bundan əvvəl Almaniya prezidenti ötən əsrin əvvəlində baş verən olayları "söyqırım” adlandıran ən yüksək rütbəli Almaniya rəsmisi olmuşdu.

Türkiyənin qətnaməyə sərt reaksiya verəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA